Tarix : 2012 Apr 21
Kod 29828

Azadlıq qəzeti Azərbaycan Respublikası prezidentinin açıqlamasını puç adlandırıb

Azadlıq qəzeti bildirib ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Azərbaycan hökuməti barəsində dünyanın nüfuzlu ...
/Aran agentliyi

 

Azadlıq qəzeti bildirib ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Azərbaycan hökuməti barəsində dünyanın nüfuzlu medialarının ifşaçılıqlarına kəskin reaksiyası hökumət daxilində ciddi nigaranlığın mövcud olmasından xəbər verir.

Nazirlər Kabinetinin iclasında İlham Əliyevin açıqlamalarına toxunan Azadlıq qəzeti yazıb: Rəsmi Bakının qənaətincə, ərəb inqilablarının Azərbaycana nəqli qərb mətbuatının bu ifşaçılıqlarının arxasında gizlənib. Buna görə də hökumət önləyici addımlar atıb və ilk mərhələdə Azərbaycanla əlaqədar reportajların qərb mətbuatında yayılmasının qarşısını almaq üçün proqramlaşdırma aparılır.

Azadlıq qəzetinin yazdığına görə, Azərbaycan Respublikası prezidentinin son çıxışı da bu nigaranlıqları aradan qaldırmaq üçün hesab olunur. Lakin hətta onun komandasında belə bir təsəvvür yaranıb ki, prezidentin açıqlamaları puçdan başqa bir şey deyil.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib: İnformasiya çatdırma təhlükəsizliyi məsələsi çox önəmlidir. Çünki beynəlxalq informasiya çatdırmada bir çox fitnələr də mövcuddur. Bizə qarşı təbliğat müharibəsi aparırlar. Bu bir həqiqətdir və mən buna tam inanıram.

Azərbaycan Respublikası prezidenti habelə deyib: Biz heç vaxt icazə verməyəcəyik ki, qonşulara qarşı hər növ mənfi planlarda ölkəmizin ərazisindən istifadə olunsun və bunu hamı bilir.

 

  • Yazılıb
  • da (də) 2012 Apr 21