İnsan Haqları Gözətçisi Təşkilatı Azərbaycan Respublikasından Avrovizion mahnı müsabiqəsi başlamazdan öncəyə qədər bütün məhbus jurnalistləri azad etməsini istəyib
/Aran agentliyi
İnsan Haqları Gözətçisi Təşkilatı Azərbaycan Respublikasından Avrovizion mahnı müsabiqəsi başlamazdan öncəyə qədər bütün məhbus jurnalistləri azad etməsini istəyib.
Beynəlxalq EvroNews telekanalı İnsan Haqları Gözətçisi Təşkilatının Avropa və Asiya üzrə müdiri Hio Uilyamsona istinadən bildirib: Toplantıda qərara alındı ki, Azərbaycan rəsmilərinə bu müsabiqə başlamazdan öncə məhbus jurnalistlərin azadlığı barəsində birbaşa müraciət olunsun.
Bu məlumata əsasən, Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı, İranın Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin yerli jurnalisti Anar Bayramlı və sürücüsü Ramil Dadaşov, Xəyal TV-nin baş redaktoru, İslam-azeri internet qəzetinin baş redaktoru İnsan Haqları Gözətçisi Təşkilatı onlara qarşı ittihamları əsassız hesab edərək azadlığını tələb etdiyi jurnalistlərdəndir.
Evronews kanalı habelə öz reportajında bildirib ki, insan haqları sahəsində fəal olan qeyri-hökumət təşkilatları Avrovizion mahnı müsabiqəsinin keçirilməsi mövqeyindən istifadə etməklə hamının diqqətini Azərbaycan Respublikasında insan haqlarının qeyri-münasib vəziyyətinə yönəltsinlər.
Evronews Bakı Şəhər İcra Hakimiyyətinin Avrovizion mahnı müsabiqəsinin keçirilməsi məkanının inşa olunduğuna toxunaraq bildirib: Bakı Şəhər İcra Hakimiyyəti rəsmiləri “Kristal zalı”nın tikinti xərclərini elan etməyiblər.
22-26 may günlərində keçiriləcək bu müsabiqəni 1600-dən çox jurnalist işıqlandırmalıdır.
İnsan Haqları Gözətçisi Təşkilatı ümidvardır ki, 57-ci Avrovizion mahnı müsabiqəsinin keçirilməsi bu ölkədə söz azadlığı və insan haqlarının vəziyyətinin yaxşılaşmasına kömək edəcək.
Hal-hazırda Azərbaycanda 6 jurnalist jurnalist peşə fəaliyyəti və əsassız ittihamlarla həbsdədirlər.