Tarix : 2012 Apr 21
Kod 29830

Abbasovun döyülməsi hökuməti bu işi pisləməyə məcbur edib

Azərbaycan Respublikası hökuməti jurnalist İdrak Abbasova qarşı vəhşicəsinə hücumu sözlə pisləməyə məcbur oldu
/Aran agentliyi

Azərbaycan Respublikası hökuməti jurnalist İdrak Abbasova qarşı vəhşicəsinə hücumu sözlə pisləməyə məcbur oldu.

Azərbaycan Respublikasında Sulutəpə qəsəbəsində əhalinin mənzillərinin dağıdılmasından xəbər hazırladığı zaman jurnalistlərdən biri İdrak Abbasovun vəhşicəsinə döyülməsinin geniş şəkildə rezonans doğurmasının ardınca, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbəsinin müdiri Əli Həsənov deyib: “İdrak Abbasovun Sulutəpədəki söküntülər zamanı təzyiqə məruz qalmasını pisləyirik. Jurnalistin yerindən, situasiyadan asılı olmayaraq, öz peşə funksiyasını yerinə yetirmək imkanı olmalıdır”.

Əli Həsənov eyni zamanda İdrak Abbasovun vəhşicəsinə döyülməsini əsaslandırıb və deyib: “Lakin indiyə qədər verilən açıqlamalardan mənim anladığıma görə, onun orda döyülməsi məhz jurnalist olduğuna görə, baş verməyib. Sadəcə olaraq, söküntü prosesindəki anlaşılmazlıq nəticəsində insident yaranıb. Bu hadisə müdafiə olunanla söküntünü həyata keçirmək istəyən arasında çəkişmə zəminində baş verib”.

 

Ə. Həsənov hadisənin ölkədə söz, mətbuat azadlığına basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib: “ Bu, qətiyyən Azərbaycanda söz, mətbuat azadlığına basqı deyil. Bu, bəzi mətbuat orqanlarının qələmə verdiyi kimi mətbuatla hakimiyyət arasındakı qarşıdurması da deyil. Azərbaycanda söz, mətbuat azadlığı Konstitusiya normasıdır, Azərbaycan hakimiyyəti də bunu qoruyur, bundan sonra da qoruyacaq. Azərbaycan hakimiyyəti söz, mətbuat azadlığının qarantıdır, bundan sonra da belə qalacaq”.

İdrak Abbasov ötən həftə cümə axşamı günü Beynəlxalq Səhər telekanalının Sizin Tribuna proqramına verdiyi müsahibədə döyülməsi və Azərbaycan Respublikasında jurnalistlərə qarşı mövcud təzyiqləri təfərrüatı ilə açıqlamışdı

  • Yazılıb
  • da (də) 2012 Apr 21