Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki...
/Aran agentliyi
"Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər".
Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbil şəhərində keçirilən bu həftəki cümə namazının xütbələrində dedi: "31 il bundan qabaq 14 ordibehiştdə Amerika, İranda olan girovlarını azad etmək üçün elə bir təhqir və məğlubiyyətlə düçar oldu ki, əgər onun ölçülərinə diqqət etsək, ilahi yardım və Amerikanın sonsuz axmaqlığından başqa bir şey onda tapa bilmərik".
O, Amerikanın öz hərbi zabit və əsgərləri ilə Tibsin "Əmcədiyyə" idman stadionundan İran torpaqlarına girmək və öz gümanına əsasən, bir ildırım hərəkətilə girovlarını azad etmək istəməsi hadisəsinə də işarə edərək dedi: "Əgər bu hadisənin mahiyyətinə diqqət etsək, Amerika başçılarının tədbirsizliyini görəcəyik. Onlar sadəlövhcəsinə olan planla, bir avtobus və bir helikopterlə Tehranın ortasında girovlarını azad etmək istəyirdilər".
Ərdəbilin imam cüməsi xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının İngiltərədəki səfirinin "Eurovision" müsabiqəsinin yaxşı keçməsi naminə dilinə gətirdiyi rüsvayedici açıqlamasına da toxunaraq dedi: "Azərbaycan Respublikasının Londondakı səfirinin "Azərbaycan xalqı müsəlman deyil"-deməsi, həqiqətdə Bakı dövləti hakimiyyətinin mahiyyətinin üzərindən pərdəni qaldırdı və göstərdi ki, bu dövlət heç vaxt öz xalqına və onun din və düşüncəsinə hörmət etmək istəməmişdir".
Amili, "Eurovision" müsabiqəsi və homoseksualların diqqətini cəlb etmək üçün belə nalayiq açıqlamanı gülünc adlandıraraq dedi: "Biz Azərbaycanın dövləti və xalqına ürəyiyananlıq, onların izzət və heysiyyətlərinin qorunması üzündən bu açıqlamaları veririk və inanırıq ki, Azərbaycan xalqı müsəlman bir xalqdır və özlərinin bu əzəmətli məqamları ilə fəxr edrilər".
Ərdəbil əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi xütbələrinin digər bir hissəsində "Qurani-kərimdən, xalis İslamdan, İslam Peyğəmbərinin (s) sirəsindən, həzrət Əli (ə) şiəsi olmaqdan hansı pisliyi görmüsünüz ki, ləyaqətsiz, rüsvayedici şüarlar verirsiniz?"-sualını da ortaya qoyaraq, vurğuladı: "Azərbaycan xalqının hörmət və əzəməti qorunmalıdır. Haram Eurovision və qeyri-dini proqramlara görə məzhəb və məktəbinin sual altına düşməsi bu ölkə xalqının şənində deyil".