Azərbaycan Respublikası dövlətinin bir çox rəsmiləri bu ölkədə dərin siyasi-ictimai çevrilişin baş verməsindən qorxaraq öz sərmayələrini ölkədən xaricə çıxarırlar
/Aran agentliyi
Azərbaycan Respublikası dövlətinin bir çox rəsmiləri bu ölkədə dərin siyasi-ictimai çevrilişin baş verməsindən qorxaraq öz sərmayələrini ölkədən xaricə çıxarırlar.
AranNews - Ekspertlərin nəzərincə, islami oyanışın ərəb ölkələrindən Azərbaycan və Orta Asiya ölkələrinə keçmə ehtimalı çoxdur. Çünki bu ölkələrdə xalq qüvvələri hökumət tərəfindən sıxışdırılır.
Həmçinin, ekspertlər bu əqidədərilər ki, Azərbaycan Respublikasının neftdən gələn gəlirlərinin çox yuxarı olmasına baxmayaraq, bunun çox az bir hissəsi xalqın və aztəminatlı sinfin payına düşür. Polis və təhlükəsizlik qüvvələrinə arxalanmaq despotik rejimləri uzun müddət saxlaya bilməz.
Məlumatlı mənbənin Azərbaycan Respublikası ordusunun təqaüdə çıxmış və hal-hazırda müqavilə əsasında öz təqaüd hüququndan iki dəfə yuxarı maaşla Azərbaycan Təhlükəsizlik Nazirliyində (MTN) çalışan hərbçisinə istinadla verdiyi xəbərə əsasən, Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri öz əmlaklarını satır və sərmayələrini Avropa ölkələrinə, o cümlədən Fransa, İsveçrəyə çıxarırar. Əlbəttə, bəziləri öz sərmayələrini ABŞ-a aparmışdır və bu gediş hər gün sürətlə davam etməkdədir.
O, həmçinin açıqlayıb: "Azərbaycan dövlətinin yüksək vəzifəli şəxslərinin bu hərəkətlərinin əsas səbəbi Quba və Gəncə hadisələri nəticəsində ölkə daxilində yaranmış vəziyyət, regiondakı islami oyanış, hakim dairədən xalq narazılığının artmasıdır. Bunu başa düşən dövlət rəsmiləri də araşdırmaların nəticələrinə və Əliyev dövlətinin qarşıdan gələn prezident seçkilərində məğlub olacağının proqnozlarına diqqət etməklə, təcili ölkədən çıxmağa hazırlaşırlar".