Tarix : 2012 Apr 21
Kod 29837

Hacı Mehdi Məmmədovdan yeni xəbər var

Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri, hazırda məhbus olan Mehdi Məmmədovdan yeni məlumat əldə edilib
/Aran agentliyi

 

Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri, hazırda məhbus olan Mehdi Məmmədovdan yeni məlumat əldə edilib.

Hacı Mehdinin vəkili Zaman Səmədovun verdiyi məlumata görə, vəkil istintaq müddətinin uzadılması ilə bağlı apeliyyasiya məhkəməsinə müraciət edib. Məhkəmə isə bu vəsatəti təmin etməyib. Digər bir vəsatət isə Hacı Mehdiyə həbs olunduğu ilk 48 saat ərzində işgəncə verilməsi ilə bağlı olub. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib. Vəkilin sözlərinə görə, artıq Hacı Mehdi Məmmədovun narkoman olub-olmamı ilə bağlı ekspertiza rəyi də məlumdur. Ekspertiza Mehdi Məmmədovun narkoman olmadığına dair rəy verib.

Qeyd edək ki, Mehdi Məmmədovu fevralın 18-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutub. Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədov haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

Islamazeri

  • Yazılıb
  • da (də) 2012 Apr 21