/Aran agentliyi
Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilmişdi.
Həbs edilənlər arasın Milli Qəhrəmanımız bütün azadlıq sevərlərin fəxri və qüruru Şəhid Seyyid Mübariz İbrahimovun əsgərlik yoldaşı və tələbəsi hicab məhbusu Araz İsmayılovda var.
O bir zamanlar Şəhid Mübariz İbrahimovla birlikdə çiyin-çiyinə xalqımız üçün torpaqlarımızın azadlığı üçün hərbi xidmət etmiş və müvəffəqiyyətlə hərbi xidməti başa vurmuşdur.
İslam dininin haqqlarını müdafiə etmək üçün öz qanuni huququndan istifadə edən hicad məhbusu may ayının 6-sı Hicaba Azadlıq aksiyasından həbs edilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdir. O, hal-hazırda Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Azadxeber.az