Tarix : 2012 Apr 21
Kod 29842

Bakı prospektlərində 22 may mitinqinə çağırış

Bakı prospektlərində 22 may mitinqinə çağırış afişaları yapışdırıblar
/Aran agentliyi

 

Bakı prospektlərində 22 may mitinqinə çağırış afişaları yapışdırıblar. Bu afişalarda yazılıb:  “Əziz həmvətənlər, 22 aprel 2012-ci il tarixdə saat 16-dan 18-dək Bakı şəhərində 20-ci yaşayış sahəsində, Elçin Əzizov küçəsində yerləşən Sürücülük məktəbinin təlim meydanında İctimai Palatanın razılaşdırılmış (icazəli) mitinqi olacaq.

Haqsızlığa, özbaşınalığa, rüşvətə və korrupsiyaya yox demək üçün, siyasi və vicdan məhbuslarının azad olunması naminə, ailənizin, uşaqlarınızın, gələcəyinin təmin olunması üçün, siyasi islahatlara başlanılması istəyi ilə, ləyaqətli azad və firavan həyat uğrunda mübarizəyə qoşulun, bu mitinqdə iştirak edin.

Evləri uçurulub küçəyə atılan, mülkü əlindən alının, əmanətinə xəyanət edilən sadə vətəndaşlar, haqqını tələb etdiyinə görə təzyiqlərə məruz qalan taksi sürücüləri, əmək haqları minimum ehtiyac zənbilini ödəməyən müəllimlər, həkimlər, millətin vicdanı sayılan ziyalılar! Öz haqqınız, hüququnuz, mülkiyyətiniz, çörəyiniz üçün mübarizəyə qoşulun. Tək əldən səs çıxmaz. Bir yerdə olsaq bizə güc çatmaz.

Ey Azərbaycan gəncliyi bu millət, bu vətən sənə əmanətdir. Sənin əzminə, cəsarətinə ehtiyac var. Mitinqə gəl və azadlıq gətir.

Mitinqə çağırış vərəqələrdə   mitinq yerinə  “28 May”, “Sahil” metro-stansiyalarından və “AzNeft” dairəsindən , “Elmlər Akademiyası” metro-stansiyasından,   “Xətai” metro-stansiyasından ,  “20 Yanvar” metro-stansiyasından ,  “Koroğlu” (keçmiş “Əzizbəyov”) ,  Badamdar qəsəbəsindən , və  Yeni Avtovağzaldan gedən  marşrutlarda istifadə etmək tövsiyə olunub.”

  • Yazılıb
  • da (də) 2012 Apr 21