Tarix : 2012 Apr 21
Kod 29843

ABŞ və müttəfiqləri regionda de-stabil vəziyyət planlaşdırırlar

İran İslam Respublikası ordusunun Quru Qoşunları komandanı deyib: Mövcud dəqiq məlumatlara əsasən...
/Aran agentliyi

İran İslam Respublikası ordusunun Quru Qoşunları komandanı deyib: Mövcud dəqiq məlumatlara əsasən, ABŞ və müttəfiqləri regionun stabilliyinə zərbə vurmaq habelə, Suriyada müxalifləri silahlandıran ölkələr üçün xüsusi proqram hazırlamaq niyyətindədir.

İran ordusunun Quru Qoşunlar komandanı general-mayor Əhmədrza Purdəstan xarici ölkələrin Tehrandakı hərbi attaşelərinin iştirakı ilə keçirilən "Ordu Günü" mərasimində bildirib: İran İslam Respublikası dünyanın hazırkı qorxu və təhdid şəraitində düşmənlərin təhdidləri qarşısında öz amalları və mövcudluğunu müdafiə etmək üçün, yüksək və təsir edici imkanlara, o cümlədən modern təchizatlar, yüzlərlə raket və xüsusi təlim görmüş xüsusi əməliyyat qüvvələri ilə təchiz olunub.

Regionun təhlükəsizlik və parametrlərində İranın rolunun heç bir səviyyədə inkaredilməz olduğunu bəyan edən Purdəstan bildirib: İran İslam Respublikası öz dini və mədəni inanclarına əsasən, regionun müsəlman və ərəb xalqları və hökumətlərini öz inanc və mədəni qardaşları hesab edir və son onilliklərin tarixi siyasətini mütaliə etdikdə bu həqiqət özünü göstərir ki, Yaxın Şərq regionunun problemləri kənardan və əcnəbilər tərəfindən regiona qəbul etdirilir.

Dəqiq məlumatlar mövcuddur ki, ABŞ və müttəfiqləri regionu de-stabil etməyə və Suriya müxaliflərini silahlandıran ölkələr üçün proqramlaşdırma aparmağa çalışırlar” –deyə Purdəstan söyləyib.

Purdəstan deyib: İran İslam Respublikasının siyasətləri beynəlxalq münasibətlərdə qarşılıqlı hüquqlara riayət etmək, ədalət və bərabərlik prinsipinin genişlənməsinə əsasəndir və habelə bütün ölkələrlə dostluq münasibətlərinin möhkəmlənməsi və genişlənməsi üzərində qurulub. İran böyük və iqtidarlı ölkədir və bütün sülhsevər xalqlar və ölkələrlə möhkəm əlaqələrə malikdir, insanların hüquqlarına təcavüz edən zorakı və təcavüzkar qüdrətlərlə müxalifdir. Habelə qonşularla sülh və dostluq və digər ölkələrlə ikitərəfli münasibətlərin genişlənməsi bizim xarici siyasətimizdə qeyd olunub və İran İslam Respublikası quruluşunun ayrılmaz strategiyasıdır.

Təəssüflər ki, Amerikanın hazırkı rəsmiləri öz vəd və şüarlarının əksinə olaraq ekspansionist siyasətləri genişləndirmək, xalqları təhdid etmək, yumşaq müharibə hiylələri və fitnələrini genişləndirməklə beynəlxalq sülhü təhlükəyə atıblar. İran İslam Respublikasına qarşı Amerika və bəzi Avropa ölkələrinin psixoloji müharibə və təbliğat strategiyalarından biri İslamofobiya ilə yanaşı İranofobiya strategiyasıdır. Bu strategiya Birləşmiş Ştatların hökumətləri tərəfindən həmişə proqramlaşdırılıb və icra olunub” –deyə İran ordusu quru qoşunlar komandanı bildirib.

General Purdəstan xatırladıb ki, Amerikanın birtərəfli siyasətləri, o cümlədən RƏM sisteminin yerləşdirilməsi məsələsinin ortaya atılması və bunun regionun müsəlman ölkələrinə sirayət etməsi bir növ böhran yaradıb.

İran ordusu quru qoşunlar komandanı Əbu Musa adası barəsində bəzi açıqlamalara belə reaksiya verib: Heç bir ölkəyə ən kiçik hərəkəti belə icazə vermirik. Əgər belə olarsa və bu təxribatçılıqlar diplomatik vasitələrlə həll olunmazsa, hərbi qüvvələr ölkə quruluşunun iqtidarını etirazçılara göstərməyə hazırdırlar.

İran İslam Respublikası ordusunun quru qoşunlar komandanı Əhməd Rza Purdəstan İranın üçlü adaları barəsində bəzi açıqlamalarla əlaqədar jurnalistlərə verdiyi açıqlamasında əlavə edib: Bu adalara hakimli qədim zamanlardan İrana aid olub və İslam Respublikası da bu haqqını qətiyyətli şəkildə müdafiə edir.

  • Yazılıb
  • da (də) 2012 Apr 21