g/Aran agentliyi
İctimai Palatanın bu günkü mitinqinə hakimiyyətin maneələri haqda artıq ilkin xəbərlər gəlməəkdədir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, bölgələrdən və Bakı ətrafından mitinqə qatılmaq istəyənlərin qarşısını almaq üçün səfərbərlik olunub.
Sumqayıtdan aldığımız xəbərə görə, şəhərdən çıxış yerləri polis nəzarətinə götürülüb. Bakıya gəlmək isətəyənləri sorğu-sual edirlər, şübhələndiklərini şəhərdən buraxmırlar.
Göyçaydan redaksiyamıza verilən məlumata görə isə rayondan Bkıya mitinqdə iştirak üçün gələn 15 nəfər yolda saxlanılıb. Saxlanılanlar arasında siyasi məhbus Vidadi İsgəndərlinin qardaşı da var.