Azərbaycan Respublikası prezidenti İlham Əliyev sionist İsrail rejiminin kənd təsərrüfatı naziri Orit Noked ilə görüşüb
/Aran agentliyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev sionist İsrail rejiminin kənd təsərrüfatı naziri Orit Noked ilə görüşüb.
Bu görüşdə Azərbaycan Respublikasının işğlaçı sionist rejimin suvarma sahəsindəki təcrübələrindən istifadəsi bəhanəsi ilə İsrailin Azərbaycandakı iştirakının genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.
Sionist İsrailin kənd təsərrüfatı naziri həmçinin, APA xəbər agentliyi ilə müsahibədə bildirib ki, İsrail rejimi Azərbaycan Respublikasından qoyun əti idxal etmək istəyir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hökuməti iqtisadi baxımdan sərfəli olmayan Bakı-Tiflis-Ceyhan neft boru kəmərini çəkməklə İsrail rejiminin ən iri neft təminatçısına çevrilib və Bakının neft gəlirləri demək olar ki, sionist rejimdən asılı vəziyyətdədir.
Sionist rejim həmçinin, Azərbaycan Respublikasının hərbi strukturu, Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və televiziya kanallarında habelə, Diaspora İşləri Komitəsi və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsində geniş nüfuz sahibidir və praktiki olaraq, Azərbaycan Respublikasının bu dövlət qurumlarının siyasətlərini öz nəzarəti altında saxlayır.