Tarix : 2012 Apr 22
Kod 29864

Libermanın Bakıya səfəri gizli saxlanılmalı imiş

Azərbaycan Respublikasının müsəlman xalqının narazılığı səbəbindən sionist rejim İsrailin xarici işlər naziri sionist Aviqdor Libermanın Bakıya səfəri aprelin sonlarına qədər təxirə salınıb
/Aran agentliyi

Azərbaycan Respublikasının müsəlman xalqının narazılığı səbəbindən sionist  rejim İsrailin xarici işlər naziri sionist Aviqdor Libermanın Bakıya səfəri aprelin sonlarına qədər təxirə salınıb.

Öncə mətbuatda Libermanın aprelin 20-də Bakıda Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Sionist rejiminin “İzRus” saytı isə Libermanın səfərinin mətbuata açıqlanmasına diqqət çəkib. Sayt yazıb ki, Libermanın Bakıya səfəri gizli saxlanılmalı olub, hətta bununla bağlı rəsmi Bakı sionist rejimindən israrla xahiş edibmiş.

Politoloq Ərəstun Oruclunun fikrincə, Libermanın Bakıya səfəri zamanı açılış mərasimi görüntü üçün nəzərdə tutulub.

Libermanın səfərinin gizli saxlanılmasına gəlincə isə, politoloqa görə, bu bir qədər qəribə görünür:” Bu səfərin məxfi saxlanılması bir qədər sual doğurur. Əslində, xarici işlər nazirinin səfərinin məxfi saxlanılası bir məqam olmamalıdır. Məxfi saxlanılırsa, deməli bir o qədər də yaxşı niyyətli deyil. Ümumiyyətlə, Liberman Azərbaycana əvvəlki səfərləri zamanı neqativ izlər buraxıb.”

  • Yazılıb
  • da (də) 2012 Apr 22