Tarix : 2012 Apr 22
Kod 29865

Bakıda “İstefa” şüarları səsləndirilir

Aprelin 22-də müxalif İctimai Palata Bakının 20-ci yaşayış sahəsində şəhər icra hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirir
/Aran agentliyi

Aprelin 22-də müxalif İctimai Palata Bakının 20-ci yaşayış sahəsində şəhər icra hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirir. Mitinqdə Azərbaycan Respublikasının orta məktəblərində hicab qadağasına etiraz edib, həbs olunanların azadlığı tələb edilib. Və İslam Partiyasının liderinin və digər funksionerlərinin azalığı tələb olunub. Müxalifət tərəfdarları İlham Əliyevin istefasını tələb edirlər.

Bakının Səbail rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətindəki meydanda mitinq keçirilməkdədir. Mitinq nəzərdə tutulan vaxtdan 35 dəqiqə sonra – saat 16:35-də başlayıb.

Aksiyanın saat 16-da başlanması nəzərdə tutulsa da, hələ ki, mitinqi başlamaq mümkün olmayıb. Çünki aksiyaçıların mitinq yerinə – sürücülük məktəbinin həyətindəki meydana gəlməsində ciddi problemlər var. Şəhərin müxtəlif istiqamətlərindən – Səməd Vurğun bağından, metronun “20 Yanvar” və “Sahil” stansiyalarından, Azneft meydanından 20-ci yaşayış sahəsinə işləyən marşrut avtobusları xətdən çıxarılıb.

Polis aksiyanın keçiriləcəyi meydanın girişində kordon qurub. Polislər mitinqə toplaşanların şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələrinin vacib olduğunu bildirib və deyiblər ki, yaşı 18-dən aşağı olan şəxslər aksiyaya buraxılmayacaqlar, ona görə də mitinqə uşaqla gəlmək istəyənlər işlərini indidən etibarlı tutsunlar.

Mitinqin olacağı yerdə, sürücülük məktəbinin təlim meydançasında artıq elektrik cərəyanının verilməsi dayandırılıb və bunun mikrofonların işləməməsi üçün edildiyi şübhə doğurmur.

Meydanda “İstefa” şüarları səsləndirilir.

Aksiyaya İctimai Palataya daxil olan siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri ilə yanaşı başqa qurumların, eləcə də İslam Partiyasının təmsilçiləri qatılıb.

  • Yazılıb
  • da (də) 2012 Apr 22