Tarix : 2012 Apr 22
Kod 29869

“Hakimiyyət elə etməsin ki...” Əli Kərimli

AXCP sədri Əli Kərimli İctimai Palatanın bu gün keçirilən mitinqində çıxış edib
/Aran agentliyi

AXCP sədri Əli Kərimli İctimai Palatanın bu gün keçirilən mitinqində çıxış edib.

O öz çıxışında bildirib ki, hakimiyyət təlaş içindədir, fövqəldə toplantılr keçirir, aksiyalara gələnlərin qarşısını almaq üçün tədbirlər görür: “Bu onu göstərir ki, hakimiyyət bu xalqdan qorxur. Biz Azərbaycanlıların çox problemi var. Onlardan biri də odur ki, eşidilməmək problemi var. Ona görə də ayrı-ayrı eşidilməyən insanlar bir yerə toplaşmağa, problemlərini bir yerdə həll etməyə mcburdurlar. Biz bir yerdə toplaşıb məhbus dostlarımıza və məhbus Azərbaycanımıza azadlıq tələb edək. Azərbaycan xalqı böyük bir mübarizə yolu keçib, böyük mübarizələrdə bərkimiş xalqdır. Onun qarşısını bu yolla almaq olmaz. Artıq Azərbaycanda yeni bir mərhələ başlayıb. Bu mərhələnin səciyyələndirən gəncliyin bu prosesdə fəal iştirak etməsidir. Bu yeni mərhələ mütləq və mütləş qələbə ilə nəticələnəck. Bu gün dünyada 25-yə qədər ölkə var. Onların yalnız 10-15-i öz səyi ilə demokratiyanı bərqərar edib. Azərbaycan xalqı isə iki dəfə öz daxili gücü ilə demokratiyanı qurub. Ona görə də deirəm ki, artıq dünya dəişir və xalqımız yenə də öz daxili gücü ilə demokratiyanı bərqərar edəcək. İki dəfə demokratiya bərqərar olub, biz bünü üçüncü dəfə də quracağıq. Bu mübarizə davamlı olacaq. Biz dotlamızın həbsdən azad olunmasını, ölkədə yeni parlament seçkilərinin keçirilməsini istəyirk. Əgər hakimiyyət bunu başa düşməsə, elə etməsinlər ki, bütün Azərbaycan xalqı burada olsun”.

  • Yazılıb
  • da (də) 2012 Apr 22