Tarix : 2012 Apr 23
Kod 29874

Ruhani Asəf Əliyevin işi məhkəməyə göndərilib

Gəncə şəhərində həbs edilmiş ruhani Asəf Əliyevin ittiham olunduğu cinayət işi məhkəməyə göndərilib...
/Aran agentliyi

Gəncə şəhərində həbs edilmiş ruhani Asəf Əliyevin ittiham olunduğu cinayət işi məhkəməyə göndərilib

Gəncə şəhərində həbs olunmuş höccətül-islam Asəf Əliyev barədə cinayət işi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

Bu barədə ruhaninin müdafiə qrupunun rəhbəri Elçin Namazov  məlumat verib.

Elçin Namazov bildirib ki, Asəf Əliyevə qarşı irəli sürülmüş ittiham Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2-ci maddəsinə dəyişdirilib: "Asəf Əliyev də əvvəllər Gəncədə həbs olunmuş digər rühanilər kimi polis şöbəsində səs-küy salmaqda, avadanlıqları sındırmaqda və polisi təhqir etməkdə ittiham olunur. Yenə də bir qrup polis həbs olunan ruhaninin üzünə qoyulub".

Elçin Namazov qeyd edib ki, ruhaninin məhkəmədə müdafiəsi üçün zəruri addımlar atılacaq və siyasi sifarişlə həyata keçirilmiş bu saxtakarlığın ifşasına nail olunacaq.

İslamazeri

  • Yazılıb
  • da (də) 2012 Apr 23