“İstefa- İstefa”, ''Azadlıq'' ''Dinimizə toxunmayın!'', ''Hicab məhbuslarına azadlıq!'', ''İslamçılara azadlıq!'', ''Geyparada ar olsun, avroviziya məhv olsun!''
/Aran agentliyi
“İstefa- İstefa”, "Azadlıq" "Dinimizə toxunmayın!", "Hicab məhbuslarına azadlıq!", "İslamçılara azadlıq!", "Geyparada ar olsun, avroviziya məhv olsun!"
Bu şüarlar ötən gün Bakıda keçirilən xalq aksiyasında səsləndirirlib. Bakıdan aldığımız məlumata görə, İctimai Palata tərəfindən Bakı meriyasından icazəsi alınmış mitingdə xalqın müxtəlif təbəqələrinin iştirakı gözəçarpacaq dərəcədə olub.
Bu günkü xalq mitinqində AXCP sədri Əli Kərimli çıxışında vurğulayıb : “Əgər bu xalqın istəyinə əməl etməsələr, bütün Azərbaycan ayağa qalxacaq."
Ə.Kərimli əlavə edib : "Bizim çox problemimiz var. Ən böyük problemimiz eşidilməməkdir. Biz on minlər, yüz minlər toplaşıb məhbuslarımıza azadlıq tələb etməliyik. İlham Əliyev öz komandasına ürək-dirək verir. Amma heç bir şey etmir.”
Mitinqdə həmçinin Evi uçurulan vətəndaş Çimnaz xanım deyib : "Mən kasıb bir qadınam. Evimi başıma uçurdular. Allah bunlara Lənət etsinlər. Mən işğalçı, korrupsioner, quldur hakimiyyətə ev satmıram. Mən Abutalıbovla müharibədədir. Mənim insanlıq, analıq, qadınlıq hüququm pozulur. Mən onları Allaha tapşırmışam. "
Digər çıxış edən Musavat Partiyasının sədri İsa Qəmbər deyib : "Ölkədə xeyirlə şər, aydınlıqla qaranlıq arasında mübarizə gedir. Əslində bu, daimi bir mübarizədir. Biz bu mübarizəni indiki mərhələdə davam etdiririk. Biz bura işıq gətiririk, generator gətiririk, hakimiyyət isə buranın işığını kəsir, bütün ölkənin işığını kəsdiyi kimi. "
Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası vətəndaşlarının internetin ictimai şəbəkələrində verdikləri çağırışlarda sabah 23 Apreldə gecə saat 22:00 –da qey-parad əleyhinə hər bir vətəndaşın öz həyətində şüar səsləndirməsi təklif olunub.