Tarix : 2012 Apr 23
Kod 29896

Ekspert: Bədbinlik və mənfi təbliğatın azaldılması Azərbaycan və İranın xeyrinədir

Beynəlxalq məsələlər üzrə ekspert: ''Azərbaycan Respublikası və İranın xeyrinədir ki, bədbinlik atmosferini və mənfi təbliğatı azaltsınlar və hər iki ölkə çözüm istiqamətində hərəkət etsinlər
/Aran agentliyi

Beynəlxalq məsələlər üzrə ekspert: "Azərbaycan Respublikası və İranın xeyrinədir ki, bədbinlik atmosferini və mənfi təbliğatı azaltsınlar və hər iki ölkə çözüm istiqamətində hərəkət etsinlər".

AranNews - Həsən Behiştipur İran-Azərbaycan münasibətləri barədə dedi: "Bu iki ölkənin münasibətləri üç önəmli amilə bağlıdır. Birincisi, İran-Azərbaycan münasibətləri bu ölkənin (AR) sionist rejim və ABŞ-la əlaqələrinin təsiri altındadır. Həqiqətdə, bizim əlaqələrimiz məhz ikitərəfli deyil və çox təəssüf ki, Bakı-Təl-əviv və Bakı-Vaşinqton münasibətlərinin təsiri altındadır".

Ekspert, bu amilə açıqlama verərək dedi: "Bu mövzu Azərbaycan ölkəsinin dövlət rəsmilərinin sovetlər birliyinin dağılması ilə əldə etdiyi müstəqillik siyasətlərinə qayıdır. Azərbaycan Respublikası Moskva və Vaşinqtonla münasibətlərində tarazlıq saxlamağa, hər iki tərəfə imtiyaz verməyə çalışdı. Amma İran və Türkiyə ilə münasibətlərində həmişə Türkiyənin xeyrinə olan mənfi bir tarazlıq yaradıbdır. Yəni, Türkiyənin istəkləri qarşısında onu mülahizə etmişdir. Eyni halda İranla ehtiyac həddində münasibət yaratmışdır".

Behiştipur ikinci amilə işarə edərək dedi: "Bizimlə, azəri qonşularımız arasındakı əlaqələrdə İranın bu ölkədəki müxaliflərinin də təsiri vardır. Bu ölkənin özündən olan qərbyönümlü və İrana mənfi baxışla baxan, İranın bu ölkəni İslam respublikasına çevirmək istəməsini təsəvvür edən qanad, öz səhv fikrini İran barədə təbliğ edir".

Ekspert artırdı: "İkinci qanad İrandan qaçaraq bu ölkədə məskunlaşmış iranlı müxaliflərdir. Hər vaxt İran-Azərbaycan münasibətləri yaxşılığa doğru getsə, onlar öz gücləri həddində bunu pozmağa çalışıblar".

Behiştipur İran-Azərbaycan münasibətlərindəki üçüncü təsirli amilə işarə edərək dedi: "Problemlərin bir hissəsi də özümüzə qayıdır. Biz iki ölkə münasibətlərini yenidən nəzərdən keçirməliyik. Münasibətlərimizdə qarşıya çıxmış problemlərin hamısını Azərbaycan tərəfə nisbət vermək olmaz. Bizim Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarımız vardır. Məsələn, İmam Xomeyni (rh) Yardım Komitəsi, Təhsil və Tərbiyət və s. Mənə belə gəlir ki, onların lazımi koordinasiyası və konkret siyasəti yoxdur. Əgər olsa da xarici göstəricisi yoxdur".

Ekspert, Azərbaycanın sionist rejimlə əlaqələrinə və bir müddət qabaq media tərəfindən Azərbaycanın öz hərbi bazalarından birini sionist rejimin ixtiarında qoyması barədə yayılan xəbərlərə və həmçinin, Azərbaycan və İran arasında bağlanmış təhlükəsizlik müqaviləsinə toxunaraq dedi: "Sözü gedən müqaviləyə əsasən, bu iki ölkə heç vaxt qarşı tərəfin düşməninin bazasına çevrilməməlidir. Bununla yanaşı yayılan məlumatlara əsasən, bu ölkə bir müddət öncə bir milyard yarım dollarlıq hərbi təchizat almışdır. Əgər bu ölkənin ümumi gəlirini nəzərə alsaq, bu rəqəmin çox yüksək olmasını görərik".

Beynəlxalq məsələlər üzrə ekspert dedi: "Nə üçün 86,600 km sahəsi və 8 milyon əhalisi olan bir ölkə belə bir müamilə etməlidir? Hərbi təchizat iqtisadi dövriyyəyə daxil olmur və nəhayət, anbarlarda, ya manevrlərdə, ya da müharibələrdə məhv olacaq".

Behiştipur dedi: "Digər önəmli nöqtə alınan məhsulun özündədir. Bu təchizat, ölkənin müharibə şəraitində olduğu Ermənistanla müharibədə işlədilə bilinməyən və dəniz silahlarıdır. Bu da problemin digər bir yerdə olmasını göstərir".

Ekspert bunların İran-Azərbaycan münasibətləri üçün yaxşı əlamət olmadığını bildirərək, vurğuladı: "Bu mövzu Azərbaycanın İran tərəfdən özü üçün təhlükə hiss etməsini göstərir".

O daha sonra artırdı: "Biz qonşu ölkəyik və Azərbaycandakı əmniyyətsizlik İranın təhlükəsizliyinə də təsir qoyur. İran həmişə Qafqaz regionunda sülh və əmniyyət bərpa olmasına çalışmışdır. Çünki Qafqazda hər növ təhlükə İran üçün problem yaratmışdır".

Behiştipur, bu növ alış-verişlərin bədbinliyi və başqalarının təhdid hissini artırmaqdan başqa bir şey olmadığını vurğulayaraq dedi: "Hər halda bu növ kataqoriya və alış-veriş daxili bir məsələdir, amma bu növ müamilələrə daxil olmaq Azərbaycanın xeyrinə deyil. Çünki qonşuları ilə münasibətlərinə yaxşı təsiri yoxdur".

  • Yazılıb
  • da (də) 2012 Apr 23