Onun 63 yaşı var. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir
/Aran agentliyi
Elmi-dini konfransda iştirak etmək üçün Özbəkistana səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səfər zamanı çəliklə gəzməsi diqqət çəkib. Modern.az saytı xəbər verir ki, Özbəkistanda keçirdiyi görüşlərə əlində çəliklə gedən Şeyxülislam oturduğu yerlərdə də əsanı yanından kənara qoymayıb.
Əməkdaşımız Allahşükür Paşazadənin çəliklə gəzməsinin onun səhhətində yaranmış hansısa problemlə və ya yaşı ilə əlaqədar olduğunu dəqiqləşdirməyə çalışıb.
QMİ-dən bu barədə məlumat verilməyib.
Ancaq yaxınlarından əldə etdiyimiz məlumata görə, uzun müddətdir Allahşükür Paşazadənin belində ağrılar var. O, hər il bu ağrılarla əlaqədar Almaniyada müalicə kursu keçir.
Şeyx həzrətlərinin əlində əsa gəzdirməsi də belindəki ağrılarla əlaqələndirilib.
Qeyd edək ki, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub, 63 yaşı var. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.
Modern.az