İsrailin xarici işlər naziri: “Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərdə İranla bağlı məsələni də müzakirə etdik”
/Aran agentliyi
“Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb”
“Azərbaycanla İsrail arasında münasibətlər son dərəcə yaxşı qurulub. Bizim qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman söyləyib.
XİN başçısı ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: “Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, “Eurovision” kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir”.