İsrailin xarici işlər naziri Azərbaycanı antisemitizmin heç vaxt mövcud olmadığı ölkə adlandırıb
/Aran agentliyi
“Azərbaycanda bütün dini icmaların sərbəst şəkildə fəaliyyət göstərdiyi bu mühiti alqışlamaq lazımdır”.
APA-nın məlumatına görə, bu fikirləri İsrailin xarici işlər naziri Aviqdor Liberman “Abad or avner” tədris mərkəzində Azərbaycandakı yəhudi dini icmalarının rəhbərləri ilə görüşdə deyib. Mərkəzə baş çəkən XİN başçısı onun fəaliyyəti ilə tanış olub, daha sonra yəhudi icmalarının rəhbərləri ilə görüşüb.
“Biz Azərbaycanla münasibətlərimizdən razıyıq. Bu, təkcə mövcud əlaqələrdən deyil, həm də tarixi bağlılıqdan qaynaqlanır. Qırmızı qəsəbədə yəhudilərin yaşaması Azərbaycanın antisemitizmin heç vaxt mövcud olmadığı ölkə kimi xarakterizə etməyə imkan verir”, - deyən nazir ikitərəfli əlaqələri möhkəmlətmək üçün apardıqları səmərəli fəaliyyətə görə icma rəhbərlərinə təşəkkür edib.