/Aran agentliyi
Az. R-nın Daxili İşlər Nazirliyi bu ölkə ilə Rusiyanı sərhəd hüdudlarında birgə əməliyyatın başlanmasını bildirib.
Trend Xəbər Agentliyinin Az. R-nın DİN-nə istinadən qeyd edib: Rusiya ilə Az. R-nın sərhəd hüdudlarında bu iki ölkənin tərəfindən hərtərəfli bir təhqiqat-araşdırma əməliyyatına start verilib.
Bu əməliyyat mütəşəkkil cinayətkar qruplaşmalar, silah və narkotik maddələr qaçaqmalçılığı ilə məşğula olan qurplar eləcə də terrorçu qruplaşmalar əleyhinə mübarizə aparmaq məqsədi ilə həyata keçirilir.
Qeyd edək ki, bu əməliyyat Balakən, Zaqatala, Qax, Şəki , Oğuz , Qəbələ, Quba , Qusar və Xaçmaz məntəqələrində həyata keçirlməkdədir.