Tarix : 2012 Apr 23
Kod 29903

Bakıda Həzrət Zəhranın (ə) həyatına bir baxış” adlı seminar keçirilib

Bakıda Həzrət Zəhranın (ə) həyatına bir baxış” adlı seminar keçirilib
/Aran agentliyi

İçərişəhər “Cümə” məscidi dini icması xanımlar heyətinin təşəbbüsü ilə Xanım Həzrət Fatimeyi Zəhranın (ə) həyatına bir baxış” adlı seminar keçirilib.

“Əyyami-Fatimə (s.ə.)” günləri ilə əlaqədar olan tədbirdə  Humay Hacıyeva ilk öncə İmam Zaman ağaya (ə.f.) daha sonra tədbir iştirakçılarına başsağlığı deyib və xanımlar arasında toplanmaq mədəniyyətinə yiyələnmək üçün səy göstərməyin əhəmiyyət və vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə digər çıxış edən xanım Yetər Yusifovaya isə Həzrət Peyğəmbərin (s.ə.) Həzrət Fatiməyə (ə) olan sonsuz məhəbbətindən danışıb və “Fatimə ibadətdə ən yaxşı köməkçidir” hədisini misal gətirərək, bu məhəbbətin səbəblərindən danışıb.

Niyazlı Nərmin çıxışında Həzrət Fatimənin (ə) ibadətinin kamilliyindən danışıb və iman və ibadətin kamala doğru bir hədəf olduğunu qeyd edərkən, qadının da bir çox böyük şəxsiyyətlər kimi iman sahibi olmasının mümkünlüyünü vurğulayıb.

Həzrət Fatimənin (s.ə.) şəhadətinə həsr olunmuş mərsiyə çarxının nümayişi məclisə spesifik ab-hava qataraq, tədbir iştirakçılarında kövrək hisslər oyatdı.

Daha sonra söz alan Aynur Ağamirzəzadə Fədək bağının atası tərəfindən sənədləşmiş miras şəkildə Xanım Fatiməyə (ə) hədiyyə edilməsindən, bu mirasın haqsız yerə qəsb olunmasıdan və Həzrət Zəhranın zalımlarla mübarizəsindəki qəlb sızladan şücaətindən bəhs etdi.

Ulduz Səfərova isə Xanım Fatimənin (s.ə.) hələ lap kiçik yaşlarından necə atasına hər işdə dəstək olduğunu, ana nəvazişi ilə qulluğunda durduğundan “atasının anası” ləqəbini

qazandığını söylədi.

Nitqinə Xanım Zəhranın (s.ə.) son nəfəsdə yaşadığı anların təsviri ilə başlayan Hüseynli Günel bu şəhadətə səbəb olanların cəzasız qalmayacaqlarını “Həqiqətən Allah və onun Rəsuluna əziyyət verənləri, Allah bu dünyada və axirətdə lənətləmiş, onlar üçün dərdli əzab hazırlamışdır” “Əhzab” surəsinin 57-ci ayəsini misal çəkərək, ilahi vədlə təsdiqlədi. Çıxışının sonunda Gunel xanım qeyd etdi ki, Həzrət Zəhra (s.ə.) Allahın Qədr gecəsidir, bu mübarək gecə kimi Zəhra (s.ə) da sirli bir varlıqdır və bəşərin əqli onu dərk etməyə çatmaz.

Tədbirin sonunda aparıcı Human xanım sözü qonaqlara verdi.

Söz alan qonaqlardan Günel Quliyeva “Fatimə (s.ə.) - Allahın həyasıdır. Bəlkə, elə bu səbəbdən onun qəbri hələ də gizlindədir” deyə Həzrət Zəhranın (s.ə.) Allah yanındakı məqamından, daha sonra isə Züleyxa Bağırzadə isə "Mübahilə" ayəsinin təfsiri ilə Xanım Fatimənin (ə) Allahın yer üzündəki risalət və vilayəti arasındakı bir bağ olmasını qeyd edərək, Xanımın fəzilətli missiyasından söhbət açdılar.

  • Yazılıb
  • da (də) 2012 Apr 23