Tarix : 2012 Apr 24
Kod 29905

Sionist rejimin Azərbaycanda hərbi bazalarının olmadığənı deyir

Bakıda səfərdə olan qəsbkar sionist İsrail rejiminin xarici işlər naziri bu rejimin Azərbaycan Respublikası ərazisində öz hərbi bazalarını ...
/Aran agentliyi

 

Bakıda səfərdə olan qəsbkar sionist İsrail rejiminin xarici işlər naziri bu rejimin  Azərbaycan Respublikası ərazisində öz hərbi bazalarını yerləşdirməsi barədə xəbərlərin əsassız olduğunun iddia  edib.

Aviqdor Liberman bu sözləri APA-nın sualını cavablandırarkən sionist hiləgərliyinə xas sözlərlə deyib : “Bu kimi xəbərlər elmi fantastika sahəsinə aiddir və həqiqətə uyğun deyil. Belə xəbərləri zəngin fantaziyaya sahib olan insanlar yazırlar”.

Xatırladaq ki, ABŞ-da nəşr olunan “Foreing Policy” jurnalı Azərbaycan Respublikası hökumətinin  öz aerodromlarını  sionist rejim İsrailə icarəyə verdiyini yazmışdır.

Rəsmi Bakı bu xəbərləri ən müxtəlif səviyyələrdə təkzib edib.  Lakin, rəsmi Bakının keçmişdə olan davranışları Azərbaycan Respublikası  hökumət rəsmilərinin bu məsələdə sədaqətli olmadığına dəlalət kimi qəbul edilib.

Əvvəlki illərdə rəsmi Bakı  sionist rejim ilə  hərbi  əməkdaşlıq etmədiyini  desə də son aylarda rəsmi Bakı ilə sionist rejimin hərbi müqaviləsi açıqlanıb. Rəsmi Bakı isə məsələnin açıldığından sonra sionist rejim ilə hərbi müqavilə bağladığını etiraf etmişdir. Rəsmi Bakı İran İslam Respublikası Xarici İşlər Nazirliyinin notasından sonra bu müqavilənin  yalnız  Ermənistana  qarşı olduğunu  iddia ediblər. Lakin, müqavilə əsasında  sionist rejim rəsmi Bakıya  dənizdə  və gəmilərə qarşı istifadə olunan  silahlar  satır.

Liberman isə  Azərbaycan Respublikası ilə sionist rejim  İsrail arasında münasibətlərin son dərəcə yaxşı qurulduğunu qeyd edərək buldirib ki, qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var.

O deyib: “Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, “Eurovision” kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir!”

Sionist rejim rəsmisinin bu kimi  uydurucu  məddahlığı  bir haldadır ki, bu rejim hər il  DQ ərazisinin  Azərbaycan Respublikasına aid olduğuna dair qətnaməsinə  BMT-nin Baş Assambliyasında bitərəf səs verərək  reallıqda  DQ-nın  Azərbaycan Respublikası ərazisi olduğuna  qarşı çıxır.

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 24