Razi Nurullayev: ''İstər 8 aprel, istərsə də 22 aprel mitinqində AXCP-çilərlə dindarlar arasında...
/Aran agentliyi
Razi Nurullayev: "İstər 8 aprel, istərsə də 22 aprel mitinqində AXCP-çilərlə dindarlar arasında hər hansı bir qarşıdurma baş verməyib"
“Yeni Azərbaycan” qəzetində 22 aprel mitinqi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd edilib ki, mitinqdə dindarlarla AXCP üzvləri arasında qarşıdurma baş verib. Buna səbəb kimi qabaqcadan islamçılara verilən sözə mitinq təşkilatçılarının əməl etməməsi göstərilir.
AXCP-nin sədr müavini Razi Nurullayev “Yeni Azərbaycan” qəzetində yayımlanan məlumatla bağlı FaktXeber.com-a açıqlama verərkən qeyd etdi ki, təmsil etdiyi partiyanın heç bir halda dini inanclı insanlarla problemi yoxdur. Razi bəy bildirdi ki, istər 8 aprel, istərsə də 22 aprel mitinqində AXCP-çilərlə dindarlar arasında hər hansı bir qarşıdurma baş verməyib: “Əksinə İctimai Palatanın keçirdiyi mitinqlərdə inanclı insanlarında iştirakına şərait yaradılır. İnanclı kəsimin mitinqdə hər hansı bir söz deməsi ilə də bağlı problem yoxdur. Lakin bunun üçün əvvəlcədən nümayəndələr müəyyənləşərək ssenari hazırlanmalıdır. ”
Dini inanclı insanlara qarşı böyük hörmətləri olduqlarını qeyd edən AXCP funksioneri, “Bir neçə müddət bundan öncə AXCP sədri Əli Kərimli dini məsələlər üzrə Rəsul Mirhəşimlini müşavir təyin edib”,-deyə bildirdi: “Hal-hazırda bizim partiya ilə dindarlar arasında hər hansı bir problem yoxdur.”
faktxeber