Redaksiyamıza daxil olan məlumatlara əsasən, Gəncədə öz evlərinin həyətindən gey-parad əleyhinə şüar səsləndirən bəzi şəhər sakinləri və icazəsiz ...
/Aran agentliyi
Redaksiyamıza daxil olan məlumatlara əsasən, Gəncədə öz evlərinin həyətindən gey-parad əleyhinə şüar səsləndirən bəzi şəhər sakinləri və icazəsiz evlərə soxulan polis qüvvələri arasında şifahi və fiziki münaqişə yaranıb.
AranNews - Mənbəmizin azəri medialarına istinadla verdiyi məlumata əsasən, sosial şəbəkələrdə ölkə əhalisinə çağırışın ardınca, Azərbaycan Respublikasının 17 şəhər və rayonunda axşam vaxtı Bakıda keçiriləcək gey-parada etiraz şüarları səsləndirilib.
Azərbaycan Respublikasının müxtəlif şəhərlərindən ötürülən məlumatlarda bildirilir ki, ölkənin 17 bölgəsində, o cümlədən Bakıda və onun ətraf rayonlarında; Biləcəri, Xırdalan, Yasamal, Sahil, Razin və həmçinin, Gəncə, Goranboy, Tərtər, Yevlax, Mingəçevir, Salyan, Cəlilabad, Masallı, İmişli, Sabirabad, Neftçala və Bərdədə ötən gün axşam gey-parada etiraz şüarları səsləndirilib.
Gecə etirazlarında "Gey-parada yox deyək", "Geyləri Bakıya gətirənlərə ar olsun", "Xalqın abrını aparanlar məhv olsun" şüarları səsləndirilib.
Redaksiyamıza daxil olan məlumatlara əsasən, Gəncədə öz evlərinin həyətindən gey-parad əleyhinə şüar səsləndirən bəzi şəhər sakinləri və icazəsiz evlərə soxulan polis qüvvələri arasında şifahi və fiziki münaqişə yaranıb. Deyilənlərə əsasən, polis ölkənin müxtəlif bölgələrindən olan 4 nəfəri gey-parada etiraz etdikləri üçün həbs etmişdir.
Azərbaycan Respublikasının sosial şəbəkə fəalları ötən günlər ərzində ölkə əhalisinə çağırış edərək, 23 aprel, 22:00-da şəhər, rayon, kəndlərdə haray çəkib evlərin damından, hündür nöqtələrdən Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi ilə eyni zamanda ABŞ və Avropada homoseksualları himayə edən təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuş gey-parada öz etirzaların bildirməyi, şüarlar səsləndirməyi istəmişdilər.
Sosial şəbəkələrin islamçı fəalları bu müsabiqənin Bakıda keçirilməsini islami dəyərlərə zidd bilirlər. İslamçı olmayan çoxlu fəallar da gey-paradın Bakıda keçirilməsini Azərbaycan ölkəsi üçün dünya səviyyəsində rüsvaylıq olduğunu bildirirlər.
Gey-paradın Bakıda keçirilməsinə müxalif olanlar bu məsələdə təkidlidirlər ki, Eurovision müsabiqənin Moskvada keçirildiyi il Rusiya dövləti gey-parad keçirilməsinə icazə vermədiyi bir halda Bakı dövləti qərb dövlətlərini və dairələrini razı salmaqdan ötəri Bakıda gey-parad keçirilməsinə icazə verir və öz xalqının istəklərinə etinasızlıq edir.
ABŞ-da yerləşən homoseksuallar beynəlxalq federasiyasının qərərgahı bəyanat verərək homoseksualların Bakıda gey-parad keçirməsinə təkid edib və bildirib ki, dünyanın müxtəlif nöqtələrindən 2000-dən yuxarı homoseksual bu paradda iştirak etmək üçün Bakıya səfər edəcək.