Son günlər 10-a yaxın uşağın oğurlanaraq, orqanlarının çıxarılması barədə məlumatlar yayılıb
/Aran agentliyi
Son günlər 10-a yaxın uşağın oğurlanaraq, orqanlarının çıxarılması barədə məlumatlar yayılıb
Sosial şəbəkələrdə Sumqayıtda dəhşətli hadisələrin baş verməsi haqda tükürpədici xəbərlər yayılıb.
Gunxeber.com-un məlumatına görə, bu xəbərlər uşaqların kütləvi şəkildə oğurlanaraq onların orqanlarının çıxarılması ilə bağlıdı. Sumqayıt sakinləri tərəfindən paylaşılan həmin məlumatlardan bir neçəsini təqdim edirik:
”Sumqayıtda böyük bir bəla yaşanr. Uşaq oğurlayıb onların orqanlarını satan əclaflar günü-gündən öz işlərinin sayını artırırlar. İctimai yerlərdə hər gün eyni söhbətlər…. Dünən zibil qutusundan orqanı çıxarılmış uşaq tapılıb. Yenə başqa biri, qonşumuzun 8 yasında usağının içini çıxarıb ovcuna 100 manat qoyub, qapılarına gətiriblər. Dəniz kənarından da iç-içalatı çıxarılan 6 yaslı uşaq tapılıb. Başqa bir uşağın orqanlarını çıxarıb qutuda bloklarına qoyublar. Beləcə 10-dan çox uşaq qurbana çevrilib. Artıq biz uşaqlarla həyətdə gəzməkdən belə çəkinirk. Çünki elə birini həyətdən nənəsinin yanından oğurlayıblar”.
Başqa bir Sumqayıt sakini isə statusunda yazıb ki, şəhərdəki məktəblərdə şagirdlərə valideynsiz məktəbə gəlməmək tapşırılıb: “Çünki artıq Sumqayıt məktəblərindən 9 uşaq itib”.
Digər bir Sumqayıt sakininin isə yazıb ki, böyrəyinin biri çıxarılan uşağının ailəsinin susması barədə söz-söhbət gəzir.