Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub
/Aran agentliyi
APA-nın məlumatına görə, qanun pasiyentin hüquqlarının təminatı və qorunmasının, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Layihəyə əsasən, tibb müəssisəsində dini ayinlərin icrası üçün şərait yaradılmalı, o cümlədən xüsusi ayrılmış yerlər olmalıdır. Pasiyent daxili intizam qaydalarını pozmamaqla xüsusi ayrılmış yerlərdə dini ayinləri icra edə və din xadimini dəvət edə bilər. Din xadiminin tibb müəssisəsinə gəlməsi istənilən gündüz saatlarında, həmin otaqda olan bütün pasiyentlərin razılığı ilə yalnız pasiyentin və ya onun nümayəndəsinin dəvəti ilə həyata keçirilir.
Pasiyentin ölüm təhlükəsi olduğu hallarda din xadiminin ayrıca otaqda gecə vaxtı gəlməsinə icazə verilir.