Tarix : 2012 Apr 25
Kod 29937

lham Əliyev Şimon Peresə məktub göndərdi

Azərbaycan prezidenti İsrail prezidentinə təbrik məktubu göndərib
/Aran agentliyi

Azərbaycan prezidenti İsrail prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev İsrailin müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Şimon Peresə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə bildirilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə öz inkişafını davam etdirəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Apr 25