Müqəddəs Məşhəd şəhərində təhsil alan tələbələrin Azərbaycandakı ictimai-siyasi, dini durumla bağlı bəyanatı
/Aran agentliyi
Məgər, sənənazil olana vəsəndən əvvəlkilərə(keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin, mühakiməni tağut vəzalim hakimiyyətin yanına aparmaq istəyən kəsləri görmədin?! Dərhal ki ,onlara əmr olunmuşdur:- “zalım hakimiyyətdən üz döndərsinlər, Şeytan onları uzun-uzadı bir zəlalətləazdırmaq istəyir.” (Nisa surəsi ayə 60)
“NƏVAXTA QƏDƏR SUSMALIYIQ?!”
Bismillahir-rəhmanir-rəhim
Müqəddəs Məşhəd şəhərində təhsil alan tələbələrin Azərbaycandakı ictimai-siyasi, dini durumla bağlı bəyanatı
Azərbaycan cəmiyyətinin əksəriyyətini Əhli-Beyt ardıcılları təşkil edir. Buna baxmayaraq, İmam Sadiq məktəbinin davamçıları da müxtəlif mövzulara münasibətdə səliqə fərqlərinə malikdirlər. Kimsə dini dəyərlərin ictimailəşməsində yalnız seçkilər, islahatlar yolunu dəstəkləyir, kimsə avtoritar rejimlə danışıqların mənasız olduğunu əsas göstərərək aksiyalar, yürüşlər, təzyiqlər yoluna üstünlük verir. Elə məhz bu səliqə və fikir ayrılıqları bu məktəbdəki inkişaf və tərəqqiyə yol açaraq haqqın batildən ayrılmasına xidmət etmişdir. Dünya ictimaiyyəti fikir və söz azadlığını cəmiyyətdə bəzi neqativ halların aradan qaldırılmasına kömək edən faydalı bir faktor kimi səciyyələndirib ictimaiyyəti buna sövq etdiyi kimi İslam da tarix boyu məhz fikir və düşüncə azadlığını əsas bilərək cəmiyyəti sağlam düşüncəyə təşviq etmişdir. Fərqli düşüncələrin varlığına baxmayaraq islam dini insan düşüncəsinin məhdudlaşdırılmasını insanlığa olunan ən böyük xəyanətlərdən biri kimi qiymətləndirir. Belə olmazsa hamı bir mənalı şəkildə hansısa güc strukturunun istər haqq, istər batil olan qayda və qanunlarına tabe olmağa məcburdur. Bunun nümunəsi kimi tarix boyu xristian kilsələrinin camaatı birmənalı düşüncəyə vadar edərək, maddi və mənəvi istismarını qeyd etmək olar.
İranda dini təhsil alan azərbaycanlı tələbələr öz vətənlərində rəsmi dairələr tərəfindən birmənalı olaraq “zərərli ünsür” kimi təqdim olunur. Amma, xalq belə düşünmür. Məmləkətin istənilən nöqtəsində dini təhsil almış gənclər xalq tərəfindən sevgi ilə qarşılanır, diqqətlə dinlənilir və onların sözləri ilə hesablaşırlar. Rəsmi dairələr də bir şeyi unudur ki, istənilən toplumda fərqli düşüncəli insanlar olur. İranda təhsil alan tələbələr də standart təfəkkürə malik deyil. Onları fərqləndirən cəhət nə qədər çox olsa da bu insanları vətən sevgisi birləşdirir.Əlbəttə ki, bu sevgi müxtəlif formalarda təzahür edir. Məşhəd tələbələri yaxın keçmişə qədər ictimai-siyasi fəaliyyətlərdən uzaq olub, yeganə vəzifəsini təhsil almaqda görüb. Amma, insan ictimai varlıqdır. O, ətrafında baş verən hadisələrə biganə qala bilmir. Digər tərəfdən, Azərbaycan Respublikasında yüzdən artıq Əhli-beyt davamçısı, ruhani, islamçı açıq-aşkar şərlənərək həbs olunursa, xaricdə təhsil alan tələbələrə Milli Məclis səviyyəsində ögey münasibət göstərilirsə, istənilən qeyri-siyasi vətəndaş siyasiləşməyə başlayır. Biz Azərbaycandakı hadisələrə uzun müddət, iyirmi ilə yaxın münasibət bildirmədik. Məscidlər uçuruldu susduq, azana məhdudiyyət qoyuldu susduq, hicab yasaqlandı susduq. Nəhayət, bu məhdudlaşdırmalar bizim də qapımızı döydü: xaricdə dini təhsil alanlar “qanundan kənar” elan edildi. Biz nə etməliyik? Yenə də susmalıyıqmı? Bəs gəncliyimizi, həyatımızı sərf edib, yuxusuz gecələr, ağır həyat şəraitinə qatlaşaraq əldə etdiyimiz biliklər nə olsun? Demək, narkomaniya, alkoqolizm, fahişəlik və başqa min bir mənəviyyatsızlıqdan əzab çəkən xalqın Allah kəlamına, ruhani sözünə ehtiyacı yoxmuş? Demək, biz də vətənimizdə xalqa İslamdan danışsaq qanun əsasında cəzalandırılcağıq? Məşhəddə təhsil alan azərbaycanlı tələbələr uzun müzakirələrdən sonra belə bir qərara gəliblər ki, susqunluq dövrünə son qoyulsun. Çünki, “İranda təhsil alan radikal baxışlılar” deyiləndə heç vaxt Məşhəd tələbələri istisna olunmadı. Biz əmin olduq ki, hazırda Azərbaycanda dövlət səviyyəsində İslama qarşı aparılan kampaniya bütün məzhəbləri,firqələri, icmaları əhatə edir. İslama qarşı olanlar üçün qarşısındakı dindarın baxışları əhəmiyyətsizdir, əsas odur ki, bu insan dindardır. Bu repressiyalar qarşısında susmaq islam dini baxışında haram və böyük günahlardan sayılıb və Əhli-beytdən bizlərə çatan rəvayətlərə əsasən dinin kökü təhlükədə olan vaxtda susan din alimləri məlun və xəyanətkar hesab olunur. Bizdə bəzi güc strukturlarının eynilə kilsə hakimiyyətindəki kimi bizi bir mənalı düşünməyə və “dövlətlə dövlətçilik etmək olmaz” ideologiyasına boyun əyməyə məcbur etməklərinə baxmayaraq bu gün bütün dünya ölkələrində alqışlanan düçüncə və söz azadlığını öndə tutaraq baş verən bu siyasi proseslərə öz münasibətimizi bildirməyə çalışdıq.
Müqəddəs Məşhəd şəhərində dini təhsil alan azərbaycanlı tələbələr dövlət başçısına, əlaqədar qurum rəhbərlərinə müraciət edərək bu vəziyyətə son qoyulmasını tələb edir və bu günə qədər dinimizə qarşı olan repressiaları, ruhanilərin şərlənərək həbs olunmasını və s. sərt şəkildə pisləyir. Xalqımızın hazırda bir düşməni var, o da təcavüzkar ermənidir. Öz aramızda düşmən axtarmaq siyasəti təcavüzkar ABŞ və onun müttəfiqlərinin planıdır. Baxın Fələstinə, Əfqanıstana, İraqa! Xarabaya döndərilmiş müsəlman torpaqlarında nə axtarır biganələr? Onların bir məqsədi var: “İslam Oyanışının qarşısını almaq və məhz, buna xatir böyük layihələrə imza ataraq, müsəlman ölkələrini dünyanın fəsad mərkəzlərinə çevirmək (eurovision, gey-parad).” Ümüd edirik ki, bu günə qədər bu işdə düşmənə yardımçı olmuş hökümətimiz bundan sonra siyasətində köklü dəyişikliklər edəcək, öz vətəndaşını təcavüzkar biganələrin qlobal işğal siyasətinə qurban verməyəcək.
Ruhaniler.org