Tarix : 2012 Apr 25
Kod 29942

Azərbaycan Respublikasında Həzrət Fatimeye Zəhra(s)-nın əzadarlıq mərasimləri keçirilib

İslamı İranla eyni zamanda Azərbaycan Respublikasında da möminlərin geniş iştirakı ilə dünən gecə və bu gün çərşənbə günü (25 aprel) Həzrət Fatimeye Zəhra(s)-nın şəhadətinin ...
/Aran agentliyi

İslamı İranla eyni zamanda Azərbaycan Respublikasında da möminlərin geniş iştirakı ilə dünən gecə və bu gün çərşənbə günü (25 aprel) Həzrət Fatimeye Zəhra(s)-nın şəhadətinin ildönümü günü münasibəti ilə əzadarlıq və matəm mərasimləri keçirilib.

Bu mərasimlərdə sinə vurmaq və növhəxanlıq etməkdən əlavə natiqlər İslam Peyğəmbəri(s)-ın əziz qızının yüksək dərəcəli mənəvi həyatının cəhətləri haqda çıxış edib, İslam dininin bu böyük qadınının şəhadəti hadisəsi və o Həzrətin əxlaqı səciyyələrini şərh ediblər.

Əldə etdiyimiz məlumatlara əsasən, Əziz İslam Peyğəmbəri (s)-ın qızı xanım Fatimeye Zəhra(s)-nın şəhadətinin ildönümü günü üzrə əzadarlıq mərasimləri bütün Azərbaycan Respublikasında o cümlədən Bakı, Gəncə, Cəlilabad, Astara, Quba, Naxçıvan, Masallı və Nardaranda möminlərin geniş iştirakı ilə formada keçirilibdir.

Azərbaycan Respublikasında Avroviziya kimi Qərbin bayağı mərasimlərinin keçirilməsi üçün milyardlarla dolların xərcləndiyi bir halda, İslamı fəaliyyətlər üçün heç bir rəsmi mərasim keçirilmir.

  • Yazılıb
  • da (də) 2012 Apr 25