Tarix : 2012 Apr 25
Kod 29943

Gəl yuxuma, ya Fatimeyi Zəhra (ə) ...

/Aran agentliyi

 

"Fatiməyəm mən.. Unudanlar üçün xatırladım ki, Peyğəmbərin qızı Fatiməyəm mən. Adı dillərdəgəzən, amma əxlaqı unudulan Fatiməyəm mən."

Nə vaxtki qəflətdən oyandım, Allahı tanımağa başladım həyatımda hər şey dəyişdi.
Bildim ki, Allahı sevmək nədir.
Kiməsə sevgini göstərmək asandır, bəlkə də. Diqqət, qayğı göstərərək bildirmək mümkündür.
Bəs Allaha necə bildirək sevgimizi?
Düzdü, Allah qəlblərdən agahdır. Amma O buna baxmayaraq bizlərə o sevgini göstərmək şansı da verib. Allahın sevdiklərini sevmək, sevmədiklərini sevməmək, halalını halal bilib, haramını haram bilmək.
Yavaş-yavaş Allahın sevdiklərinin axtarışına çıxdım. Adlarını hər zaman eşidirdim, Əhli-beyt deyib ağlayanları çox görürdüm, İmam Əli(ə), İmam Hüseyn(ə) deyərkən gözünə bir parlaqlıq gələnlər də vardı, amma tanımaq nəsib olmamışdı heç birini.
İnsan tanımadığını sevə bilməz. Bəzən insanlar heç Allahı da tanımadan sevdiklərini düşünürlər. Allahı tanımaqsa həm asan, həm də çətindi. Amma bir şey var ki, Allahı tanımaqda qəliz heç nə yoxdu, hər şey açıq və aşkardı, amma bəsit də deyil, asandı. Asan ona görədir ki, hər yerdə ən kiçik zərrəciklərdə belə Allahı görmək mümkündür, amma ən əsası isə həqiqətən görmək istəmək və səmimi bir şəkildə baxmaqdır.
Əslində Allahın hikməti elə burda da aşkar görünür. O Kamildir, təbiiki Ona çatmaq bəsit ola bilməz. Amma Allah bizim üçün asanla çətin arasında bir yol seçib ki, bizləri də bu orta həddə imanı qoruya bilməliyik.
Çoxumuz düşünürük ki, həyat yaşamaq üçündü. Ömür azdı nemətlərdən nə qədər faydalandıqsa bir o qədər qalibik. Elədirsə bəs biz niyə öldüyümüz zaman dünya nemətləri ilə yox, onlarla qazandıqlarımızla qalib ola bilirik?!
Ən çətini isə orta həddi qorumaqdır. Allah bizdən tərki-dünya olmağımızı istəsəydi, bunu bacarmaq o qədər də çətin olmazdı deyə düşünürəm. İnsan özünü küsdürə bilər və uzaqlaşanda yaxındakı kimi tələbat olmaz dünya nemətlərinə. Deyək ki, bir şey bizə ziyandı özümüzü tərbiyə edirik ki, bu olmaz və onu almırıq. Biri də var ki, bizə ziyan deyil, amma ondan düzgün istifadə etməsək ziyanı ola bilər. Çoxumuz o orta həddi qoruyaq bilmirik, yəni hər şeydə Allahı görüb, Allahın razılığını güdüb dünyadan lazımınca faydalanmağı bacarmırıq. Yəni bu mənə olar, amma elə edim ki, onun faydasını görüm nəyinki ziyanını deməkdənsə, “bu mənə olarsa ye yeyə bildiyin qədər” deyib özümüzü bir sözlə oda atırıq.
Allahın sevdiklərinin axtarışına çıxdığım zaman, Əhli-beyt deyib ağlayanlara bir qəribə baxdığımı etiraf etməliyəm. Onları tanımadığım üçün bu sevgini başa düşmək çətin gəlirdi. Marağımsa getdikcə daha çox artırdı. Bəlkə də xanım olduğumçündür ki, ilk olaraq xanım Fatiməyi Zəhranı(ə) tanımaq istədim. Oxuduqca oxudum.. Onu görmək eşqi doldu içimə. Dua etdim günlərcə “gəl yuxuma, ya Zəhra!”- deyərək. Gəlmədi.. İlk vaxtlar maraq idi bəlkə də onu görmək eşqim. Zamanla sevgiyə çevrildi. Zamanla həsrətini çəkdim. Zamanla ona şikayət etməkçün ehtiyac duydum. Ümidim o gəlməsə də heç azalmırdı. Hətta, hər gecə yatmamış yuxuma gəlsə nə deyəcəyimi də öz-özümə təkrar edirdim. Əslində o yuxuma gəlməsə də mən onunla danışırdım.

Və bir gün...
Sürətli bir şəkildə uzağlaşan bir xanımı gördüm. Mən sadəcə onun arxası ilə qaçırdım.“Nəolar, nəolar məni dinləyin” dedim.
Amma o heç nə demədən yoluna davam edirdi.
“Mən bu günü çox gözləmişəm, bir neçədəqiqəgözləyin” –deyib dizi üstə yerə çökdüm.
İti addımlar yavaşlamağa başladı və dayandı. Mənə “hələyox” –dedi.
“Nəyəyox? Ey Peyğəmbərin qızı?”- deyib arxasından səsləndim, amma o yenidən uzaqlaşmağa başladı və mən orda tək qaldım.
Aradan bir neçə ay keçdi, artıq görmərəm dediyim bir vaxtda hicabımı təbrik etməkçün mənə yaxınlaşdı və “indi məni görmək istədiyinəinandım”- dedi.
Kəlimələr düyünlənmişdi dilimdə, ürəyimdə. Deyəcəyim çox sözüm vardı, amma hamısını unutmuşdum.“Allahım, dilimdəki düyünü aç, bəlkəbir dənəsib olmadı” deyə dua edirdim.
Birdən o məlahətli səs:”Fatiməyəm mən, Fatiməyəm mən.. Unudanlar üçün xatırladım ki, Peyğəmbərin qızı Fatiməyəm mən. Adı dillərdəgəzən, amma əxlaqı unudulan Fatiməyəm mən.”
Onun “əxlaqı unudulan Fatimə” kəlməsi mənim şikayətimi dilimə gətirməyim üçün şərait yaratmışdı.
Və mən: “Nəfsəo qədər qul olmuşuq ki, özümüzü unutmuşuq. Nəfs bizi eləbir əsir edib ki, Allahın haramları halal olub. Heç ruhumuz da incinmir. Məhrəm qalmayıb, naməhrəm qalmayıb, yaxşı qalmayıb, pis qalmayıb. İnsanlar çox ucuzlaşıblar, Ey Fatimə! Əxlaqın dəyəri o qədər kiçilib ki, pulla satın alına bilir. Əxlaq o qədər ucuzlaşıb ki, onu alana da, satana da müasir deyirlər. Qızlar öz ataları yaşda kişilərin ailəsini dağıdırlar, kişilər öz qızlarının əxlaqına nəzarət etməkdənsəövladları yaşda qızlarla “eşq” yaşayırlar. Qurandan ayədeyirsən ki, zina günahdı olmaz. Deyirlər ki, hansı zəmanədi?, Ey Peyğəmbərin qızı! Qızmı, oğlanmı bilinməyənlərin, oğlana elçi düşən qızların, qıza ərəgedən oğlanların, özünü Hz. Mehdi(ə) kimi aparıb insanların beynini yuyaraq ekranda qızlarla mahnı oxuyub-oynayanların, öz günahlarına bəraət qazandırmaq üçün Allaha vəPeyğəmbərəiftira atmaqdan çəkinməyənlərin. Mən dəelmi-ictimai cihad edirəm deyib kafelərdəqızlarla deyə-gülə“din” təbliğ edənlərin, hicabı modaya çevirənlərin, Allahın ayəsini(hicabı) daşıyanlara geridəqalmış kimi baxanların vəi., vəs. zamanıdı, bu zamanə. Dini yaşamaq istəyənlərədəsizlərəedildiyi kimi zülm etmək istəyirlər.”
Birdən o səs: “Biz yaşayırıq”.
O anda ayıldım sanki, şikayətlərimə çox aludə olmuş şəkildə danışırdım. Xanımın dediyi söz bir Quran ayəsini xatırlatdı. “Onlara ölü deməyin, onlar diridirlər”
Səbirsizliklə sözünün davamını gətirməsini gözləyirdim. O belə davam etdi: “Əslindəheç nədəyişilməyib”
Nə demək istədiyini başa düşməmişdim Xanımlar xanımının(ə), amma soruşa da bilmirdim. Üzümdən sual işarələrini oxudu sanki və davam etdi: “Peyğəmbər dətəbliğ edirdi, kimisi onun yolunu davam edir, kimisi isəfitnə-fəsad arxasınca qaçırdı. Atamın dünyasını dəyişməsiləbu fitnələr böyüdükcəböyüdü. Yenəeyni şeylər yaşanır əslində. Sadəcətəqvim VII əsri göstərmir, XXI əsri göstərir. Dəvələrin yerini müasir vasitələr alıb, qılıncın, oxun yerini yeni silahlar. Bizim vilayətimiz dədavam edir, Allah bəşəriyyəti heç vaxt höccətsiz qoymaz. İslamın bütün şərtlərini qoruyub saxlayanlar, İslamı öz rənglərinədeyil, özlərini İslam rənginəboyayanlar Peyğəmbər vəƏhli-beyt davamçılarıdır, onlarla olmayanlar isəƏbu Sufyan, Müaviyə, Yezidin davamçılarıdır. İnsanlar bəzən eləbilirlər ki, əsrlər çox şeyi dəyişib, amma əslindədəyişən sadəcəgörüntülərdi.
Mübarizəhələdədavam edir. Bu mübarizədəisəhəqiqi iman sahibləri ilə, özünü imanlı bilənlər məlum olur. Sən dəbizim kimi hicabını vədininin bütün şərtlərini qoru” deyib ayağa qalxdı Xanımlar xanımı(ə).
“Mən çalışıram ki, hicabımı qoruyum. Hicabımızla təhsildə, bir çox şeylərdəçətinliklər çəksək dəbu yoldan dönmürük” –dedim.
Üzünü görməsəm də gülümsündüyünü hiss etdim Peyğəmbər(s)in qızının: “Hicabı qorumaq yalnız onu başından açmamaq deyildir. Hicabı qorumaq Allahın ayəsini qorumaqdır, Quranını qorumaqdır. Hicab əxlaqı bizləri qorumaqdır. Bizləri tanıtmaqdır. Hicabı qorumaq onun məqsəd vəmahiyyətini unutmamaqdır. Başa bir şal bağlamaq hicab deyildir. Həqiqi hicab qorunmağa layiqdir. Hicaba edilən hörmətsizlik, bizlərəedilən hörmətsizlikdir. Allahı, Quranı vəbizi sevən hicaba hörmətsizlik etməz”

Heç bitməsini istəməzdim bu yuxunun, amma bitdi və mənim hər zaman beynimdə, ruhumda bu düşüncələrlə yaşamağa başladım. Elə bu düşüncələr mənə“Hicablısan ya başıbağlı?” yazısını yazdırmışdı. Başıbağlıların artmasını istəmədiyim bu cəmiyyətdə, hamımıza həqiqi iman əhli olmağı arzu edirəm.
Amin!

Xədicə Hüseynzadə
İslamazeri.az-ın yazarı 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 25