Tarix : 2012 Apr 25
Kod 29945

Azərbaycan hakimiyyətində İranla bağlı ikili siyasət hiss olunur

/Aran agentliyi

Azərbaycan Respublikasının prezidenti deyib: Ölkəni qarşıdurma və mübarizə meydanına çevirmək barədə düşünənlər özləri üçün başqa bir məkanı seçməlidirlər.

Hökumət kabinetinin üzvlərinin məkanında yeni milad ilinin ilk 3 ayının nəticələrinin müzakirə və araşdırılması ilə bağlı keçirilən tədbirdə bu məqama toxunan İlham Əliyev xatırladıb: Ölkədə bəzi bədxah qüvvələr var ki, bunlar bir tərəfdən regionun stabilliyini pozmağa digər bir tərəfdən Bakı hakimiyyəti ilə qonşu ölkələri arasında ziddiyyət yaratmağa çalışır.

Bu üzdən rəsmi Bakı qonşu ölkələri əleyhinə mənfi layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisindən istifadə edilməsinə heç bir vəchlə imkan verə bilməz.

Bu əsnada region mediaları Azərbaycan Respublikasında bəzi siyasi dairələrin İrana qarşı apardıqları hər tərəfli və qərəzli təbliğatları ardınca İlham Əliyev tərəfindən səsləndirən bu fikrin Bakı hakimiyyətində iki qütblü xarakter daşıyan siyasətdən mənşə alması ilə əlaqələndirirlər.

Misal üçün bu dairələr bu qənaətdədirlər ki, Azərbaycan Respublikası prezident administrasiyası güclü siyasətçisi olan Ramiz Mehdiyev və əməkdaşları Sionistlərin təsiri altında olduqları üçün İrana qarşı hər bir yeni ssenarını planlaşdırıb həyata keçirməyə hazırdırlar. Halbuki hər bir şeydən artıq öz ailəsinin qüdrətinin zəifləməməsinə xüsusilə də ölkədə hakimiyyəti itirməmək barədə düşünən İlham Əliyev Azərbaycan Respublikasında vəziyyətin sabitləşməsi o cümlədən ölkədə baş qaldırmış əmin amansızlıqları cilovlamaq məqsədilə qonşu ölkələrlə xüsusi ilə də İranla əməkdaşlıq siyasətinin üzərində təkid edir.

Bu arada bəzi xəbər qaynaqları və mediaları İlham Əliyevin sözü gedən tədbirdə irəli sürdüyü bu fikirlərini onun rəhbərlik etdiyi hakim Yeni Azərbaycan partiyasının qorunması və buraxılmaması istiqamətində olan səy və addım əlaqələndirirlər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hakimiyyətində elə bir şəxslər var ki, özlərini İlham Əliyev və ailəsinə qurban verməyə belə hazırdırlar.

Misal üçün 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası ordusunun onlarla yüksək vəzifəli hərbçilərinin hüzurunda çıxış edən bu ölkənin eks prezidenti Heydər Əliyev infarkta düçar oldu. Müxalifətdə olan qüvvələrin bəzisi elan etdilər ki, Heydər Əliyev ikinci infarktında elə həmin gün həyatını dəyişib. Eyni halda müxalifətdə olan bu qüvvələr habelə Heydər Əliyevin televiziya ekranları qarşısında çıxış etməyə hazır olmamasını özlərinin bu iddiasının əsas səbəbi kimi bilirlər.

Buna rəğmən Heydər Əliyevin ölümü elə həmin il yəni 2003-cü ilin dekabr ayında elan edildi. Nə isə Heydər Əliyev xəstə olduğu dövrdə xüsusi ilə də ölümünə bir neçə ay qaldığı zaman İlham Əliyev əvvəlcə atası tərəfindən imzalanan bir hökmlə Azərbaycan Respublikasının o zamankı baş naziri Artur Rasizadənin yerinə təyin edildi.

Azərbaycan Respublikası konstitusiyasına əsasən, prezidentin ödlüyü zaman və ya hər hansı bir xas hadisənin baş verdiyi təqdirində baş nazir prezidentin səlahiyyətlərini həyata keçirə bilər.

Ümumilikdə demək olar ki, bu günə kimi Azərbaycan Respublikası hakimiyyətinin yürütdüyü bu siyasəti heç zaman ifşa olunmayıbdır.

əslində hakimiyyətdən reallıqları ifşa etməməyə dəridən-qabıqdan çıxması bəzi şəxslərin özlərinin siyasi yaşamını Əliyevlər xanədanına borclu bilirlər.

ona görə də İlham Əliyevin hakimiyyəti itirməməsi üçün canfəşanlıq etməyə hazırdırlar.

Ekspertlərin rəyinə Ramiz Mehdiyev o cümlədəndir.

Azərbaycan Respublikasında dindar əhali və islamçı qüvvələr rəsmi Bakının siyasətlərinin əsas müxaliflərindəndir. Bakı hakimiyyəti bir sıra müəyyən fitnələr və planlarla Qərbpərəst müxalifləri hətta hakimiyyət tərkibində çalışan bəzi rəsmiləri ölkədə İlham Əliyevin əsas rəqibi kimi göstərməyə cəhd edir. Lakin Azərbaycan Respublikası hakimiyyətində bəzi siyasi hərəkətlər, olaylar və hadisələr bunu deməyə əsas verir ki, Bakı rəsmiləri və hakimiyyətin başında olan kəslərin İlham Əliyev hakimiyyətinin davam etməsi ilə bağlı müəyyən bir problemə malik deyillər. mövcud şəraitə rəğmən görünür İlham Əliyev öz himayəsi altında olan siyasi şəxsiyyətlərin bəzisini qurban verməklə hakimiyyətini daha da möhkəmləndirmə çalışır. Bundan əlavə bir sıra iki qütblü xarakter daşıyan mövqelər tutmaqla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir ki, Azərbaycan Respublikasında hər kəs hakimiyyəti idarə edə bilməz və bütün siyasi qüvvələri nəzarət altında saxlamaq və müəyyən proqramlaşdırmaları tələb edir.

Azərbaycan Respublikasında aparılan bəzi anti İran hərəkətlərinin məsuliyyəti xüsusi ilə də terrorçu qüvvələr yardım hətta bu müsəlman ölkə ərazisində Sionist rejim və amerikalı casuslarla açıq-aşkar əməkdaşlığın məsuliyyəti şəxsən prezidentin üzərinə düşür və özünün hakimiyyətinin bu cur qeyri prinsipial rəftarlarına cavabdeh olmalıdır.

  • Yazılıb
  • da (də) 2012 Apr 25