Xəbər qaynaqları sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikası rəsmiləri ilə bu ölkənin aerodromlarını icarəyə verilməsi barədə müzakirələrindən xəbər verdi
/Aran agentliyi
Xəbər qaynaqları sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikası rəsmiləri ilə bu ölkənin aerodromlarını icarəyə verilməsi barədə müzakirələrindən xəbər verdi.
Xəbər qaynaqlarının məlumatına əsasən, sionist rejimin xarici işlər naziri Aviqdor Liberman Bakıya səfərində bu ölkənin rəsmiləri ilə görüşlər keçirərək, ikitərəfli əlaqələrin artırılması barədə müzakirələr aparmışdır. Libermanın Bakıya səfərində digər bir məqsəd, bu ölkənin istifadəsiz hərbi aerodromlarından istifadə barədə Azərbaycan tərəfi ilə müzakirə etmək olmuşdur. Aparılan araşdırmalara əsasən, Azərbaycanda 16 istifadəsiz hərbi aerodrom vardır və bu tədbirlərin nəticəsində artıq onlardan 4-ü öz fəaliyyətini bərpa etmişdir. Azərbaycan dövləti hal-hazırda digər aerodromların da işə düşməsinə çalışır. 4 aerodromun sionistlərə icarəyə verilməsi də bu məqsədlə həyata keçirilmişdir.