Tarix : 2012 Apr 26
Kod 29958

Hacı Abgülün işi məhkəməyə göndərilib

Anar Qasımlı İslamazeri.az-a bildirib ki, yaxın günlərdə məhkəmənin vaxtıda bəlli olacaq
/Aran agentliyi

Anar Qasımlı İslamazeri.az-a bildirib ki, yaxın günlərdə məhkəmənin vaxtıda bəlli olacaq

Ötən ilin avqust ayından həbsdə olan ruhani Hacı Abgül Süleymanovun istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib.

Hacı Abgülün vəkili Anar Qasımlı İslamazeri.az-a bildirib ki, yaxın günlərdə məhkəmənin vaxtı da bəlli olacaq.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan ruhani Hacı Abgül Süleymanov əvvəlcə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılıb.

Aprelin 6-da isə Hacı Abgülə yeni ittihamlar (Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) elan olunub.

  • Yazılıb
  • da (də) 2012 Apr 26