Tarix : 2012 Apr 26
Kod 29960

Azəri vəkil məhkəmənin ədalətli qərar çıxaracağına şübhə edir

AİP üzvləri və ruhanilərin apellyasiya məhkəməsində ədalətli qərar çıxartmazsa Ali məhkəməyə müraciət olunacaq.”Bunu vəkil Anar Qasımlı bildirib
/Aran agentliyi

AİP üzvləri və ruhanilərin apellyasiya məhkəməsində ədalətli qərar çıxartmazsa Ali məhkəməyə müraciət olunacaq.”Bunu vəkil  Anar Qasımlı bildirib.

Anar Qasımlı deyib :”  Ən son hədd isə Avropa məhkəməsidir ki, ora qədər gedib çıxmağı qarşımıza məqsəd qoymuşuq. Ümid edirik ki, sonda ədalət öz yerini tapacaq.”

Xatırladaq ki, Hicab yasağına etirazlara görə həbs olunmuş islamçıların barəsində, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb.

İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Onlar guya ki qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik,  odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq,  qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, və digər bu kimi maddələrlə ittiham olunublar.

Vəkil Anar Qasımlı ruhani hacı Abgül Süleymanovun məhkəməsi ilə bağlı hələ bir məlumatın olmadığını deyib.

Vəkil əlavə edib ki, İranın "Səhər" telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının istintaqı bitib. Vəkil bildirib ki, ekspertiza keçirilib və Anar Bayramlı da narkoman çıxmayıb.

A. Qasımlının sözlərinə görə jurnalist haqqında toplanmış iş materialları yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

  • Yazılıb
  • da (də) 2012 Apr 26