Meksikada fəaliyyət göstərən araşdırmaçı-jurnalist Ayoan Grillonun yeni çapdan çıxmış kitabında Meksika narkokartelinin Azərbaycan Respublikasındakı özəyindən məlumat verib
/Aran agentliyi
Meksikada fəaliyyət göstərən araşdırmaçı-jurnalist Ayoan Grillonun yeni çapdan çıxmış kitabında Meksika narkokartelinin Azərbaycan Respublikasındakı özəyindən məlumat verib.
“Qanı çay kimi axıdan” beynəlxalq mafiyanın fəaliyyətindən bəhs edən kitabda Azərbaycan Respublikasında narkoticarətlə bağlı məlum olur ki, mafiyanın Azərbaycanda özəyi fəaliyyət göstərir. Kitab barədə məlumatı au.news.yahoo.com saytı yayıb.
Məlumata əsasən, Azərbaycan Avropaya narkotiklərin daşınması üçün əsas marşrutlardan birinin üzərində yerləşir. Azərbaycan üzərindən daşınan heroin əsasən transmilli narkomafiya tərəfindən qaçamalçılıq yolu ilə İrandan keçirilir və əfqan mənşəlidir.
Kitabda yazılıb :”WikiLeaks saytı tərəfindən yayılmış Amerika məxfi teleqramlarında da deyilirdi ki, Azərbaycan tərəfi ölkə üzərindən daşınan narkotiklərin az hissəsini tutur.”
Məlumata əsasən, bu narkotik tranzitinə beynəlxalq narkomafiya nəzarət edir və Azərbaycan üzərindən daşınan tonlarla heroindən gələn pullar həm də uzaq Meksikanın narkobaronlarının kassasına axır.
Bir müddət əvvəl Türkiyə mətbuatında Azərbaycanın aran rayonlarından birində heroin saflaşdırıcı məntəqənin olmasına dair iddialar da yer almışdı.