Mehdi Məmmədov Penitensiar xidmətin Kürdəxanı müvəqqəti saxlama təcridxanasından məktub göndərib
/Aran agentliyi
Hacı Mehdi həbsxanadan başsağlığı məktubu göndərib.
Məktubunda "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov, Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı başda İmam Mehdi (ə.f) olmaqla bütün müsəlmanlara başsağlığı verib.
O deyib: "Allah, Əhli-beyt sevənlərə o əzəmətli xanımın keçdiyi qısa, lakin izzətli yaşamını dərindən öyrənib, öz həyat nizamımızda ondan bəhrələnməyi nəsib etsin. Rəsulallah buyurmuşdur ki, Fatimənin razılığı mənim, mənim razılığım isə Allahın razılığıdır. Allah dünya və axirətdə Əhli-beyt sevər Azərbaycan xalqını Fatimeyi Zəhranın razılığından, şəfaətindən binəsib etməsin."
Qeyd edək ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov fevral ayının 18- polis bölməsinə çağırılmış, bölmədən çıxarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulmuşdur. Mehdi Məmmədov Penitensiar xidmətin Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılır. İstintaqı davam etdir.