Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub
/Aran agentliyi
Ermənistan Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub.
APA-nın məlumatına görə, hadisə dünən axşam cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Milli Ordunun leytenantı 24 yaşlı Vaqif Zakir oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA - ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, V. Abdullayev Xızı rayonundan hərbi xidmətə çağırılıb.