Tarix : 2012 Apr 27
Kod 29971

İP-dən İlham Əliyev hökumətinə xəbərdarlıq

İlham Əliyev hökuməti ilə müxalif olan partiyaların İctimai Palata adlanan koalisiyasında bir araya gəlmiş siyasi partiya və təşkilatlar hökumətə xəbərdarlıq ...
/Aran agentliyi

 

İlham Əliyev hökuməti ilə müxalif olan partiyaların İctimai Palata adlanan koalisiyasında bir araya gəlmiş siyasi partiya və təşkilatlar hökumətə xəbərdarlıq ediblər ki, sərbəst toplaşmaq azadlığı qarşısında süni maneələrin törədilməsi davam edərsə, İctimai Palata aksiyaların keçirilməsi taktikasını dəyişəcək.

İctimai Palata son iclasında bu məsələ ilə əlaqədar bildirib: “Sərbəst toplaşmaq azadlığına ciddi təminatların verilməyəcəyi halda növbəti aksiyaların taktikasında dəyişikliklər etmək məcburiyyətində qalacağıq”

Qeyd etmək yerinə düşərdi ki, İctimai Palatanın təşkilatçılıq etdiyi Bakıda keçirilən xalq aksiyalarına ictimaiyyətin müxtəlif təbəqələri və qurumları qoşulduğu üçün bu aksiyalar güclənməkdədir. Son iki aksiyada islamçı təşkilatların da iştirakı güclü olub və o cümlədən Azərbaycan İslam Partiyası bu aksiyaların keçirilməsini dəstəkləmişdir.

  • Yazılıb
  • da (də) 2012 Apr 27