/Aran agentliyi
Prezident İlham Əliyevin may ayında ABŞ-a səfəri gözlənilir. O, səfər çərçivəsində Azərbaycanın sədrliyi ilə başlayacaq BMT Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək.
“Turan”a qeyri-rəsmi mənbələrdən daxil olan məlumata görə, Əliyev NATO və tərəfdaş ölkələrin sammitində iştirak etmək üçün Çikaqoya da gedəcək.
Azərbaycan prezidentinin Vaşinqtonda bir sıra analitik mərkəzlərdə çıxış edəcəyi gözlənilir. Azərbaycan Prezident Administrasiyasından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Musavat