Tarix : 2012 Apr 28
Kod 29978

Təbrizin imam cüməsi: Azərbaycan Respublikası beynəlxalq casus idarələrinin, əsasən də Mossadın f...

Biz Təbriz əhalisi Azərbaycan Respublikası hökumətinə xatırladırıq ki, anti-İslam hərəkətlərindən əl çəksin
/Aran agentliyi

Biz Təbriz əhalisi Azərbaycan Respublikası hökumətinə xatırladırıq ki, anti-İslam hərəkətlərindən əl çəksin. Bu vəziyyət davam etdiyi surətdə ölkəmizin başçılarından istəyəcəyik ki, Azərbaycanla münasibətlərinə yenidən baxsınlar.

AranNews - Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikasının son anti-İslam hərəkətlərinə işarə edərək, dedi: "Azərbacan Respublikası əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, təəssüflər olsun ki, hökumət tərəfdən islamofobya hər gün bərkiyir, İsrail və Amerika göstərişləri orada icra olunur".

Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi müsəlman bir ölkədə təhsil olcaqlarında hicabın qadağan olmasını tənqid edərək artırdı: "Bu müsəlman ölkəsində məscidlər dağıdılır, dini mübəlliğlərin ezamının qarşısı alınır".

Ayətullah Şəbüstəri xütbələrinin davamında dedi: "Bu günləri Azərbaycan Respublikası beynəlxalq casus idarələrinin, əsasən də Mossadın fəaliyyət mərkəzinə çevrilmişdir. Son vaxtlar Bakı hakimiyyəti təqribən 6 milyon manat məbləğində "Eurovision" müsabiqəsinin keçirilməsi üçün pul xərcləmişdir. Halbuki, bu ölkə əhalisinin əksəriyyəti yoxsulluq içində yaşayır".

Təbrizin imam cüməsi Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsi və gey-paradatoxunaraq dedi: "Bu ölkə musiqi və rəqs müsabiqəsinə hazırlaşır və bu müsabiqə ilə yanaşı dünyanın müxtəlif bölgələrindən, əsasən də sionist rejimdən gələcək homoseksualların paradını təşkil etmək istəyir. Bu hərəkətin həddən artıq çirkin olmasına diqqət etməklə Bakı dövlətinin bu qərarı dünya müsəlmanlarının qəlbini yaralamışdır".

Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi dedi: "Ümidvaram ki, Azərbaycan ölkəsinin rəhbərləri müsəlman ölkələrinin bu müsabiqə barədəki nigərançılığını dərk edəcəklər".

Şərqi Azərbaycan əhalisinin Xubriqan Məclisində nümayəndəsi bildirdi: "Biz Təbriz əhalisi Azərbaycan Respublikası hökumətinə xatırladırıq ki, anti-İslam hərəkətlərindən əl çəksin. Bu vəziyyət davam etdiyi surətdə ölkəmizin başçılarından istəyəcəyik ki, Azərbaycanla münasibətlərinə yenidən baxsınlar".

  • Yazılıb
  • da (də) 2012 Apr 28