Sionist rejimin xarici işlər naziri Libermanın dünyanın ikinci şiə öllkəsinə səfəri təəccüb doğurur
/Aran agentliyi
Sionist rejimin xarici işlər naziri Libermanın dünyanın ikinci şiə öllkəsinə səfəri təəccüb doğurur.
AranNews - Tehranın müvəqqəti imam cüməsi Ayətullah Siddiqi bu həftəki cümə namazının xütbələrində 5+1 qrupunun İstanbul iclasına işarə edərək vurğuladı: "Bu iclasda İran xalqının müqaviməti, həmrəyliyi, vilayətçiliyi, birliyi göstərildi və dünya əhalisi bir daha başa düşdü ki, İran xalqı güclü, möhkəm və işində qərarlıdır. Bu xalq öz nüvə hüquqlarından geri çəkilməyəcək".
AranNews-in Tehranın cümə namazı xütbələrindən verdiyi məlumata əsasən, cümə namazı xətibi xütbələrinin ikinci hissəsində Azərbaycan Respublikasındakı islamofobiyaya işarə etdi və sionist rejimin dünyanın ikinci şiə ölkəsinə səfərini acınacaqlı adlandırdı.
Ayətullah Siddiqi artırdı: "Bu ölkənin müsəlman xalqından gözlənilən budur ki, öz dövlətlərindən sionist rejimə yaxınlaşmamağı istəsinlər. Çünki İsrail rejimi region ölkələrinin bir nömrəli düşmənidir".
O, davam etdi: "Sionist rejimin və qərbin proqramları müsəlmanların etiqadları ilə uyğun gəlmir. Yaxşı olar ki, regionun müsəlman dövlətləri özləri gələcəkdə problemlə üzləşməmək üçün sionist rejimə qarşı formalaşmış müqavimətdə öz xalqlarını dəstəkləsinlər".
Tehranın cümə namazı xətibi Azərbaycan hökumətinin bu ölkənin müsəlman xalqının istəklərinə əhəmiyyətsiz yanaşmasına da toxunaraq dedi: "Azərbaycan hökumətindən gözlənilən budur ki, ölkəsinin müsəlman xalqının istəklərinə əhəmiyyətlə yanaşsın".
Ayətullah Siddiqi homoseksualların yaxın gələcəkdə Azərbaycan Respublikasında gey-parad keçirməsini dözülməz adlandırdı.