Tarix : 2012 Apr 28
Kod 29992

Hacı İlqar Əliyev Cəlilabada gətirilib

Hacı İlqar Əliyev aprelin 22-i Kürdəxanı təcridxanasından Cəlilabad rayon təcridxanasına gətirilmişdir Səbəb kimi Hacı İlqarın istintaq işi göstərilir
/Aran agentliyi

Hacı İlqar Əliyev aprelin 22-i Kürdəxanı təcridxanasından Cəlilabad rayon təcridxanasına gətirilmişdir

Səbəb kimi Hacı İlqarın istintaq işi göstərilir.

Xeber44.com saytının əldə etdiyi məlumata görə, Cəlilabad polisi Hacı İlqar Əliyevin üzünə durmağa artıq yalançı şahidlər tapmışdır.

Yalançı şahidlərin bu günlərdə Hacı İlqarın üzünə duracağı bildirilir. May ayında İlqar Əliyevin istintaq işinin bitəcəyi də əldə etdiyimiz məlumatlar arasındadır.

İlahiyyatçı İlqar Əliyevin may ayının 5-ə kimi Cəlilabad təcridxanasında qalacağı bildirilir. Xatırladaq ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani Hacı İlqar Əliyev Evrovision mahnı müsabiqəsinin tərkib hissəsi olan “Gey Parada” kəskin etiraz etdiyi üçün Fevral ayının 17-i Cümə namazından sonra Cəlilabad rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdı. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur. Qeyd edək ki, son günlər Cəlilabadda daha iki fəal dindar həbs olunmuşdur. Onlar Azər Nəzərov və Rauf Əbilovdur.

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 28