Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edirlər
/Aran agentliyi
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edirlər
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də saat 15.30-dan 15.35-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.05-dən 19.10-dək, 22.45-dən 22.50-dək və aprelin 28-də 05.15-dən 05.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
islamazeri.az