Tarix : 2012 Apr 28
Kod 29994

Ermənistan ordusunun 3 hərbçisi öldürülüb

Hadisə Ermənistanın Tauş rayonu ərazisində baş verib
/Aran agentliyi

Bu gün saat 04:15 radələrində Ermənistan Müdafiə Nazirliyi Tauş rayonunun Ayqepar və Movses kəndləri arasındakı yolda 3 erməni hərbçisinin qətlə yetirildiyini açıqlayıb. ANS PRESS-in “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, nazirlik “VAZ-2107” markalı maşında olan 3 hərbçiyə odlu silahdan atəş açıldığını, maşının sürücüsünün hadisə yerində öldüyünü bildirib.

Yaralılardan biri hospitala aparılan zaman yolda, digəri ikisi isə Berd hərbi hospitalında dünyasının dəyişib. Qətlə yetirilən hərbçilər müqavilə əsasında ilə xidmət edirdi.

Hadisə yerinə baxış zamanı maşında çoxlu sayda güllə yerləri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2012 Apr 28