Tarix : 2012 Apr 29
Kod 30003

Göyçaylı dindara “GEY PARADA” etirazı üçün 1 il iş verildi

Mən Allaha(c.c) “Ləbbeyk, Allahummə Ləbbeyk” demişəm. Sizlərə isə heç vaxt “Ləbbeyk” demərəm.
g/arannews

 

Mən Məkkədə 3 Şeytana daş atmışam, indi isə o şeytanları Azərbaycanda daha çox görürəm

 

Daim xeyriyyə işləri ilə məşğul olan Hacı Mirəlicanın həbs olunma səbəbi Azərbaycanda İslama qarşı baş alıb gedən özbaşınalıqlara səssiz qalmamasıdır.

 

Göyçay polisi tərəfindən Fevral ayının 29-u şərlənərək həbs olunmuş Mirzəyev Mirəlican Mirəminağa oğlunun aprelin 25-də son məhkəməsi keçirilmişdir.

 

Xeber44.com saytının əldə etdiyi məlumata görə, Göyçay rayon məhkəməsində Hakim Elxan Süleymanovun sədrlik etdiyi məhkəmədə Hacı Mirəlican Mirzəyev təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilmişdir.

Göyçay şəhəri Natavan küçəsində yaşayan Hacı Mirəlican el arasında imanlı, səxavətli, şücaətli bir dindar kimi tanınır. Daim xeyriyyə işləri ilə məşğul olan Hacı Mirəlican Azərbaycanda İslama qarşı baş alıb gedən özbaşınalıqlara səssiz qalmamışdır. O, Məscid söküntüsünə, Azan, Hicab qadağasına və bu ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan, Evrovision mahnı müsabiqəsinin tərkib hissəsi olan “Gey Parada”-da öz etiraz səsini ucaltmışdır. Onun həbs olunma səbəbidə həmin bu etirazlar olmuşdur.

 

Aprelin 25-i Məhkəmə prosesində çox sayda Göyçaylı iştirak etsədə məhkəmə zalına yalnız məhkumun anası, üç qardaşı və iki nəfər qohumu buraxılmışdır. Məhkəmədə son söz deyən Hacı Mirəlican Mirzəyevin çıxışıda təsirli olmuşdur:

 

Mənə nənəm Zəhranın(s.ə) şəhadət günü iş kəsilir. Mənə qarşı sürülən ittahamları mən rədd edirəm. 55 günlük həbsim müddətində təcridxanada sizin yeməklərdən mən imtina etmişəm. Hətta sizin sulardan belə içməmişəm. Sizlərdən hər şey gözləmək olar. Öz məkrli planlarınızı həyata keçirmək üçün, məni narkotiklə şərləyib həbs etdiyiniz üçün verdiyiniz yeməklərin içindən nələr çıxa biləcəyini Allah bilir.

 

Məkkədə Həcc ziyarətində mən Allaha(c.c) “Ləbbeyk, Allahummə Ləbbeyk” demişəm. Sizlərə isə heç vaxt “Ləbbeyk” demərəm.”

 

Hakim Hacı Mirəlicanın sözünü kəsərək bildirir: “Bura sənin üçün Məkkə deyil

 

O, da cavabında: Bilirəm Məkkə deyil Mən Məkkədə 3 şeytana daş atmışam, indi isə o şeytanları Azərbaycanda daha çox görürəm”- demişdir.

 

Qeyd edək ki, Hacı Mirəlican Mirzəyevin hal-hazırda Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Onun 20 günə yaxın orada qalacağı bildirilir.

 

Xatırladaq ki, Hacı Mirəlican Mirzəyev şərlənərək Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik maddə saxlama) maddəsi ilə ittiham olunur./Araz Quliyev/Xeber44.com/


 

  • Yazılıb
  • da (də) 2012 Apr 29