İran İslam Şurası Məclisi sədrinin birinci müavini deyib: Bakıda homoseksualların paradını etik və əxlaqi qanunların aşkarcasına pozulur və bunun zərərini ən çox Azərbaycan Respublikası çəkəcək
/Aran agentliyi
İran İslam Şurası Məclisi sədrinin birinci müavini deyib: Bakıda homoseksualların paradını etik və əxlaqi qanunların aşkarcasına pozulur və bunun zərərini ən çox Azərbaycan Respublikası çəkəcək.
Məhəmməd Rza Bahünər beynəlxalq Səhər kanalına verdiyi müsahibədə deyib: Əgər bu mövzunun həqiqəti varsa, islam dünyasında əxlaqi qaydalar pozulmuş olacaq. Məncə islam ölkələrində bu kimi faktlara yol verilərsə, ən çox ziyanı bu hökumətin özü görəcək.
İŞM-nin vitse prezidenti daha sonra deyib: Xalq buna dözə bilməz. İslam dininə zidd olan əxlaq və insanların ilkin hüquqlarına zidd olan bu rəftarlar qarşısında xalq dözə, sükut edə bilməz. Nəsihətim budur ki, buna yol verən hakimiyyət bu barədə zərər görə biləcəyini də nəzərə alsın.
Bahünər daha sonra deyib: Hazırda dünyada demokratiya və insan haqları mövzusu çox önəmli məsələlərdən birinə çevrilib. Bəzi dövlətlər puç bəhanələrlə vətəndaşların hüququnu pozur. bu isə bizim tənqid etdiyimiz məsələdir. Zorakılıq və xalqın əsas hüquqlarına təcavüz ümumi fikrin nəzərincə bağışlanılmaz səhvdir. Biz də öz imkanlarımızdan istifadə edərək bu kimi zülmlərin qarşısını almağa çalışırıq.
İŞM sədrinin birinci müavini həmçinin deyib: İslami məzhəblər islami bir ölkədə bu kimi zülmün baş tutmasını bağışlamaz. Azərbaycan Respublikası vətəndaşları üçün demokratiya və islami hüququn bərqərar ediləcəyinə ümid edirik.