Tarix : 2012 Apr 29
Kod 30009

Die Presse“ qəzeti əliyevləri ali xəlifəyə bənzətdi

Bəhreyn kralı və Bakı avtokratı idmandan, musiqi müsabiqəsindən özlərini təbliğ etmək üçün istifadə edirlər
/Aran agentliyi

 

Bəhreyn kralı və Bakı avtokratı idmandan, musiqi müsabiqəsindən özlərini təbliğ etmək üçün istifadə edirlər.

Avstriyanın "Die Presse" qəzetində yeni məqalə dərc edilir.

Qəzet Azərbaycan avtokratı İlham Əliyevi Bəhreyn kralına bənzədir. Keçən il „Formula 1“ maşın yarışı Bəhreyndə keçiriləndə utanmadan dedilər ki, biz başqa ölkələrin siyasətinə qarışmırıq“.

Formula 1“ yarışı başa çatan kimi Bəhreyn kralı Həmad əl Xlifə ölkədə demokratiya hərəkatını darmadağın etdi. Onlarla nümayişçi öldürüldü, yüzlərlə insan həbsə atıldı, işgəncəyə məruz qaldı…Təqiblər bu gün də davam edir. Kralın vəd etdiyi islahatlar unuduldu.

Qəzet yazır: Bu iki despot (Bəhreyn kralı və Bakı avtokratı) idmandan musiqi müsabiqəsindən özlərini təbliğ etmək üçün istifadə edirlər. Tarixə baxın. 1936-cı ildə Hitler rejiminin siyasətinə məhəl qoymadılar. Olimpia oyunları Berlində keçirildi. Olimpiada günlərində „Yəhudilərə girmək qadağandır!“ yazılarını dükanların üstündən müvəqqəti yığışdırdılar. 2008-ci ildə xəyalpərəstlər inanırdılar ki, Olimpia oyunlarının Pekində keçirilməsi Çində siyasi dönüşün təməlini qoyacaqdır. Xəyal xəyal olaraq qaldı.

 

Avstriya qəzeti sonra qeyd edir ki, məsələ o qədər də bəsit deyildir. Böyük idman oyunları və „Eurovision“ kimi mahnı müsabiqələri yalnız diktatorlar üçün yox, eyni zamanda insan hüquqlarını müdafiə edən təşkilatlar üçün bir səhnədir. Bu cür hadisələr Bəhreyn və ya Azərbaycanda yaranmış vəziyyətdən açıq danışmağa, dünyaya bu ölkələrdəki vəziyyəti nümayiş etdirməyə şərait yaradır.

  • Yazılıb
  • da (də) 2012 Apr 29