Tarix : 2012 Apr 29
Kod 30016

Azərbaycanlı oliqarxlar Obamaya pul verib

Rövnəq Abdullayevlə Ziya Məmmədov ABŞ-dakı seçkilərə “qatıldı”
/Aran agentliyi

Onların xətti ilə Amerikadakı seçki kampaniyasına maliyyə dəstəyi olub; vitse-prezident Cozef Baydenlə pullu səhər yeməyinə hakimiyyət təmsilçiləri də qatılıb; Bakı Vaşinqtonla gələcək münasibətlərini qaydaya salmaq üçün lobbi fəaliyyətini gücləndirib...

Azərbaycan hakimiyyəti ABŞ-la gələcək münasibətlərini qaydaya salmaq üçün Vaşinqtonda intensiv lobbi kampaniyası aparır. Xəbərlərə görə, bu kampaniya çərçivəsində ABŞ prezidenti Barak Obamanın seçki fondunda da dolayısı formada maliyyə yardımları göstərilir. “Los Angeles Times” qəzetinin və digər Amerika KİV-lərinin xəbərlərinə görə, aprelin 27-də Vaşinqtonda Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.

Musavat

  • Yazılıb
  • da (də) 2012 Apr 29