Tarix : 2012 Apr 30
Kod 30021

Morninqstarın missiyası nədən ibarət olacaq?

Ağ Ev ABŞ prezidenti Barak Obamanın Morninqstar adlı diplomatı ABŞ-ın Bakıdakı səfiri təyin etmək niyyətini açıqlayandan sonra amerikalı mənbələr bildirirlər ki...
/Aran agentliyi

Ağ Ev ABŞ prezidenti Barak Obamanın Morninqstar adlı diplomatı ABŞ-ın Bakıdakı səfiri təyin etmək niyyətini açıqlayandan sonra amerikalı mənbələr bildirirlər ki, energetika ABŞ-ın Azərbaycandakı yeganə prioriteti olmayacaq.

ABŞ mənbələri deyirlər ki, Morninqstarın təyinatı “Obama administrasiyasının Azərbaycana verdiyi önəmdən xəbər verir.

Morninqstar enerji məsələləri üzrə ekspertdir və uzun illər regionda fəaliyyət göstərib və problemləri yaxşı bilir.

Stiven Ostin Universitetinin professoru Maykl Tkaçik bununla bağlı Turan agentliyinə deyib : “ Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Azərbaycana təzyiq saxlanılacaq.”

“ Bununla yanaşı səfir regional, hətta beynəlxalq sabitliyə nail olunması üçün enerji amilindən fəal istifadə edəcək. Energetika həmişə ABŞ-ın Azərbaycandakı prioriteti olacaq, lakin heç zaman yeganə prioritet olmayacaq” - Tkaçik vurğulayıb

  • Yazılıb
  • da (də) 2012 Apr 30